İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda İnzibati departamentin İnzibati dəstək şöbəsinin baş mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
Siz elektron poçtun “mövzu” yerinə “İnzibati departamentin İnzibati dəstək şöbəsinin baş mütəxəssisi” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.yelo.az
Struktur: İnzibati departamenti
Vəzifə: Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri
Vəzifə öhdəlikləri:
• Yeni filiallarda tikinti-təmir işləri üçün smetaların hazırlanmasında iştirak;
• Bankın mövcud filiallarında podratçı şirkətlərin apardığı işlərə nəzarət etmək;
• Təmir-tikinti işləri üçün zəruri olan inşaat materiallarının qiymət və keyfiyyətinə görə seçilməsində iştirak etmək;
• Filiallarda təmir işlərinin aparılmasının zəruri olub-olmadığını yoxlamaq;
• Bankın Baş Ofisində və filiallarında yaranan məişət-texniki problemləri həll etmək;
• Gündəlik məişət-texniki problemlərin həllində filialın inzibatçılarına kömək etmək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.
Tələblər:
• Təmir və təkinti sahəsi üzrə ən azı 2 illik təcrübə;
• Layihələrin idarə olunması bacarığı;
• Ofis proqramlarında, xüsusi ilə yüksək Excel və Power Point bilikləri;
• Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür).
İş müddətində əldə edəcəksiniz:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri