Yalama Agropark MMC
Elektrik mühəndisi
Son tarix 19 iyn 2025 - Müraciət et
Avadanlıqların quraşdırılması və texniki xidməti:
- Elektrik və elektronika sistemlərinin düzgün quraşdırılmasını təmin etmək;
- Yeni alınan texnoloji avadanlıqların texniki şərtlərinə uyğun montajına nəzarət etmək;
- Mövcud sistemlərin profilaktik baxışını və təmirini təşkil etmək.
Avadanlıqların monitorinqi və texniki nəzarət:
- Süd sağım sistemləri, avtomatik yemləmə sistemləri, yempaylayan və yemxırdalayan maşınlar, süd taksiləri, suvarma və havalandırma sistemlərinə nəzarət etmək;
- Temperatur, nəmlik və digər sensorlardan gələn siqnallara əsasən texniki tədbirlər görmək;
- SCADA, PLC və digər avtomatlaşdırma sistemlərinin işinə nəzarət etmək.
Təhlükəsizlik və enerji səmərəliliyi:
- Elektrik sistemlərinin yanğın və təhlükəsizlik normalarına uyğunluğunu təmin etmək;
- Enerji sərfiyyatına nəzarət və optimallaşdırma təklifləri hazırlamaq;
- Ehtiyat enerji mənbələrinin (generator, UPS və s.) vəziyyətini daim yoxlamaq.
Qeydlərin aparılması və hesabat:
- Avadanlıq xətaları və müdaxilələrlə bağlı elektron qeydiyyat sistemlərini idarə etmək;
- Aylıq və illik texniki hesabatları hazırlamaq.
İnnovasiya və inkişaf:
- Yeni texnologiyaların tətbiqi üzrə təkliflər hazırlamaq;
- Avtomatlaşdırma sistemlərinin tətbiq imkanlarını araşdırmaq.
Təhsil:
- Ali təhsil (Elektrik mühəndisliyi, elektronika, avtomatlaşdırma və ya əlaqədar sahələr üzrə);
İş təcrübəsi:
- Kənd təsərrüfatı və ya sənaye müəssisələrində minimum 3 il texniki iş təcrübəsi;
- Avtomatlaşdırma sistemləri və sənaye PLC proqramlaşdırması bilikləri üstünlükdür;
Bacarıqlar:
- Elektrik və elektron sxemlərini oxuma və tətbiqetmə bacarığı;
- Problemlərin analiz və operativ həll bacarığı;
- Kompüter bilikləri (MS Office, texniki diaqnostika proqramları);
- Komandada işləmək və texniki heyətə rəhbərlik etmək qabiliyyəti.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Vəzifə dərəcəsi - Supervayzer
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.