Xan
İxrac üzrə mütəxəssis
Son tarix 26 iyn 2025 - [email protected]
İş yeri - Bakı şəhəri
Əmək funksiyası
- Yerli və xarici bazarı araşdırmaq, istehsal edilən məhsullar haqqında maraq formalaşdırılmasını təşkil etmək;
- İxrac əməliyyatı üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması, ixrac əməliyyatları istiqamətində danışıqlar aparmaq, sifariş olunan mal və xidmətlərə görə qiymətlərin alınması və sərfəli qiymətin müəyyənləşdirilməsi;
- Məhsulların ixracat satış mexanizminin hazırlanmasında, ixracat satışın həyata keçirilməsi zamanı müqavilələrin və digər müvafiq sənədlərin hazırlanmasında, satışın təşkil edilməsində iştirak etmək və məhsulların təyinat məntəqəsinə vaxtı-vaxtında çatdırılmasının təmin etmək və bunlara görə məsuliyyət daşımaq;
- Gələcək müştəri mənbələrinin inkişafı və onların potensiallarını müəyyən etmək üçün məlumat mənbələrini tədqiq etmək;
- Hazırkı və gələcək müştərilərlə telefon danışıqları və üzbəüz görüşlərin və təqdimatların təşkilini həyata keçirmək, müştərilər üçün aydın və effektiv yazılı təkliflər hazırlamaq;
- Müştərilərin problemləri və şikayətlərinin tez bir zamanda həll olmasına nail olmaq. Mövcud ixrac müştəriləri ilə əməkdaşlığı genişləndirmək və yeni müştəriləri cəlb etmək;
- Marketinq, mühasibat, logistika və texniki dəstək əməkdaşları ilə satış səylərini əlaqələndirmək, hazır məhsul satışlarının payının ixrac satışlarında artırılmasını təmin etmək;
- Şirkəti yerli və xarici tədbirlərdə təmsil etmək, beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq;
- İxrac əməliyyatı xidmətləri üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək;
- Şirkət tərəfindən müəyyən edilmiş və daxili təlimatlarda qeyd olunan təhlükəsizlik standartlarına və qaydalarına riayət etmək.
Tələblər:
- Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
- Rus dili biliyi (oxumaq, yazmaq, danışmaq), digər xarici dil biliyi olan namizədlərə üstünlük veriləcək;
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Mövzü yerinə “İxrac üzrə mütəxəssis” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur