Xalq Bank
"Lənkəran" filialının KOS üzrə Müştəri təmsilçisi
Son tarix 03 may 2026 - Müraciət et
Təsvir
- Yeni Kiçik və orta sahibkarları banka müştəri kimi cəlb etmək;
- Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
- Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
- Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə ali təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Risklərin İdarə edilməsi İdarəsinin ƏL/TMM risklərinin idarə edilməsi və maliyyə monitorinqi şöbəsinin stajçı mütəxəssisi / baş mütəxəssisi
Son tarix 03 may 2026 Müraciət et
Təsvir
- Köçürmələr icra edilərkən vəsaiti alan və vəsaiti göndərən tərəfləri Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısı, habelə Maliyyə Monitorinqi Xidməti tərəfindən qəbul edilmiş əməkdaşlıq etməyən ölkələrin siyahısı üzrə Bankın struktur bölmələri tərəfindən yoxlanılmasını təmin etmək, bu işə daim nəzarət etmək;
- Tələb olunan hesabatlılığın hazırlanması;
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin (bundan sonra ƏL/TMM) qarşısının alınması məqsədilə Bankda aparılmış əməliyyatların monitorinqini həyata keçirmək;
Tələblər
- Analoji sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi olmalıdır. Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;
- Tam ali iqtisadi təhsil;
- Xarici dil – ingilis dili yaxşı səviyyədə;
- İşdə dəqiqlik və detallara fikirvermə bacarığı olmalı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalı;
- Komandada işləməyi bacarmalı;
- Məsuliyyətli, düzgün və etibarlı olmalı;
- Ünsiyyətcil və təşəbbüskar olmalı;
- MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
- Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı;
- Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməlidir.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














