Xalq Bank
Korporativ Satış İdarəsinin Kredit analitikası şöbəsinin analitiki
Son tarix 03 mar 2026 - Müraciət et
Təsvir
- Hüquqi şəxslərin biznes və maliyyə təhlilinin aparılması;
- Kredit risklərinin idarə edilməsi meyarlarını nəzərə alaraq, kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, kreditlərin strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq analiz edilməsi;
- Müştəri Təmsilciləri ilə razılaşdırılmış şərtlər daxilində kredit gündəliyi hazırlamaq və digər ərizə formalarının doldurulması, Anderraytinqə rəy üçün təqdim edilməsi. Anderraytinq rəyindən sonra Kredit Komitəsinə təqdim edilməsi;
- Müştəri Təmsilçiləri ilə birlikdə kredit portfelinə nəzarət edilməsi;
- Kreditin strukturlaşdırılması funksiyasının davamlı inkişafının təmin edilməsi və bununla bağlı təkliflərin verilməsi.
Tələblər
- Ali magistr təhsilinin olması;
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə biliklərin olması;
- Azərbaycan dili biliyi (mükəmməl səviyyədə), rus və ingilis dili biliyi arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə analiz etmə bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Korporativ Satış İdarəsinin Korporativ biznes şöbəsinin Müştəri Təmsilçisi
Son tarix 03 mar 2026 Müraciət et
Təsvir
- Yeni korporativ müştərilər cəlb etmək;
- Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
- Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
- Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə ali təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bank Fəaliyyətinə Dəstək İdarəsinin Bank sistemlərinin fəaliyyətinə dəstək şöbəsi
Son tarix 03 mar 2026 Müraciət et
Təsvir
- Biznes, İT əməkdaşları və Vendorlarla komanda şəklində işləmək,
- Biznes tələbləri toplamaq və təhlil etmək;
- Proseslərin mövcud və yeni (as is, to be) modellərini tərtib etmək;
- Texniki tapşırıq hazırlamaq və təqdiq olunmuş texniki tapşırıqları təhlil etmək;
- Test nümunələrinin (test keyslər) hazırlanmasında və testlərin keçirilməsində iştirak etmək;
- Avtomatlaşdırılmış proseslərə sonraki nəzarəti təşkil etmək;
- Bank proqramlarında yaranmış problemlərin araşdırılmasını və aradan qaldırılmasını təmin etmək;
- Proqram təminatından istifadə zamanı bankın əməkdaşlarına dəstək göstərmək;
- Biznes proseslərin avtomatlaşdırılmasında iştirak etmək;
Tələblər
- İqtisadiyyat, maliyyə sahəsində ali magistr təhsili;
- Bank təcrübəsi üzrə minimum 2 (iki) il iş təcrübəsi ;
- Bank sistemləri üzrə biliklər ;
- Ofis proqramlarından MS Office, xüsusilə MS Excel istifadə bacarığı;
- Analitik düşünmə bacarığı ;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmə bacarığı;
- Azərbaycan dili - mükəmməl, xarici dillərin (Rus dili və İngilis dili) qənaətbəxş səviyyədə olması;
- Danışıqların aparılma qabiliyyəti;
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











