Xalq Bank
Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer)
Son tarix 21 fev 2026 - Müraciət et
Təsvir
- Biznes proseslərin avtomatlaşdırılması üçün yeni proqram təminatlarının yazılması;
- Hazır proqramlarda əlavələrin edilməsi və dəyişikliklərin icra olunması;
- Proqramda yaranan xətaların aradan qaldırılması və texniki dəstəyin göstərilməsi.
Tələblər
- Ali təhsil;
- Angular 8+ framework ilə iş təcrübəsi;
- HTML5, CSS (SCSS), JavaScript və TypeScript bilikləri;
- GIT versiyaların idarə olunması üzrə biliklər;
- JSON və Rest API haqqında biliklər;
- SQL, PL/SQL üzrə biliklər arzuolunandır;
- .NET Core biliklər arzuolunandır;
- BPM üzrə biliklər arzuolunandır;
- İşində dəqiq və məsuliyyətli olmaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Cənub Bölgəsinin Kredit Monitorinqi üzrə Regional Təmsilçisi
Son tarix 21 fev 2026 Müraciət et
Təsvir
- Verilən kreditlərin borcalanlar tərəfindən təyinatına uyğun olaraq istifadə edilməsini monitorinq etmək, bununla bağlı müvafiq hesabatlar tərtib etmək;
- Verilmiş kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunu və vəziyyətini yoxlamaq, monitorinq etmək, müvafiq hesabat tətbiq etmək;
- Sahibkarlıq subyektinin kredit sifarişində qeyd edilmiş fəaliyyət növü ilə məşğul olub-olmamasının yoxlanılması və iqtisadi-maliyyə təhlilin tamlığının yoxlanılması məqsədilə səyyar və distant (məsafədən) yoxlamalar aparmaq, bununla bağlı müvafiq hesabatlar tərtib etmək;
- Yuxarıda qeyd edilən monitorinq məqsədləri üzrə ətraf rayonlara səfərlər təşkil etmək;
- Kredit portfelinin filiallar üzrə vəziyyətini və dinamikasını müntəzəm olaraq təhlil etmək, bununla bağlı zəruri hesabatlar hazırlamaq;
- Kreditlərin keyfiyyətinin artırılması məqsədilə yeni üsulların tətbiqinə dair təkliflər vermək.
Tələblər
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
- Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 2 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə;
- Stressə davamlılıq, komandada işləmə bacarığı;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Cəlilabad filialının KOS üzrə müştəri təmsilçisi
Son tarix 21 fev 2026 Müraciət et
Təsvir
- Yeni korporativ müştərilər cəlb etmək;
- Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
- Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
- Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə ali təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











