VTB Bank
Problemli kreditlərlə iş üzrə mütəxəssis
Son tarix 31 avq 2025 - Müraciət et
Təsvir
- 90 gündən çox gecikməsi olan kreditlər üzrə problemli borcların ödənilməsi üçün borcalanlara/zaminlərə/girov qoyanlara zənglərin olunması və Bank daxilində görüşlərin həyata keçirilməsi;
 - Problemli borcların ödənilməsi üçün borcalanların/zaminlərin/girov qoyanların yaşayış, qeydiyyat ünvanlarına və iş yerlərinə səfərlərin edilməsi və girov predmetinin monitorinqinin həyata keçirilməsi;
 - Problemli borcun ödənilməsi üçün məhkəmə və icra mərhələsində tədbirlərin görülməsi;
 - Problemli borcun ödənilməsini tezləşdirmək üçün tələb olunan bütün prosedur tədbirlərinin vaxtında icra olunması;
 - İcra mərhələsində müvafiq sənədlərlə iş.
 
Tələblər
- Ali təhsil (hüquq və ya iqtisadi);
 - Bənzər sahədə iş təcrübəsi;
 - Azərbaycan Respublikasının “İcra haqqında” qanunu, Azərbaycan Respublikası “İpoteka haqqında” qanunu, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ aktlarını bilməsi;
 - Rus dilində səlis danışıq qabilliyyəti;
 - Məsuliyyətli, operativ, ünsiyyətçil və komandada işləyə bilən.
 
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
 
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







