VMF NATURAL FREQUENCIES
Baş Mühasib
Son tarix 13 dek 2024 - [email protected]
İş barədə məlumat:
- Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Cəmiyyətin əmlakının qorunmasına nəzarət ;
- Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
- Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı;
- Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
- Daxil olmuş pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun, onların hərəkətinin dövriyyəsinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət;
- Müəssisənin illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
- Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
- Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
- Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması;
- Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
- Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasınıa, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir.
- Təşkilatın ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddı sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi; İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır;
İş şəraiti
- İş qrafiki həftəlik 6 gün
- Əmək haqqı: 1900 (Gross)
Tələblər:
- Mühasibatlıq və ya maliyyə ixtisası üzrə Ali təhsil.
- /PMS Sertifikatı /mütləqdir. Beynəlxalq sertifikatların (ACCA F3, F7,) olması əlavə üstünlükdür.
- Aidiyyatı sahə üzrə minimum 5 ildən artıq iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft Office (Excell, Word, Outlook), 1C (8.3) proqramında işləmək qabiliyyəti;
- Komandada işləmə və düzgün idarəetmə bacarığı;
- Tələbetmə və yönləndirmə bacarığı;
- Yüksək analitik qabiliyyəti və problem həll etmə bacarığı;
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi elektron poçt ünvanına göndərə bilərsiniz və ya (050)257-80-36 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiz.