VMF NATURAL FREQUENCIES
Baş Mühasib
Son tarix 06 yan 2026 - [email protected]
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Qobu qəsəbəsi
- İş qrafiki: 6 günlük iş rejimi
- Nəqliyyat imkanı: İnşaatçılar metrosundan Qobu qəsəbəsində yerləşən ofisə servis xidməti mövcuddur.
- Əmək haqqı 1500 (Namizədin bilik və bacarığına əsasən dəyişə bilər)
Tələblər
- Mühasibatlıq üzrə ali təhsil
- Baş mühasib və ya müvafiq sahədə minimum 3–5 il iş təcrübəsi
- Vergi Məcəlləsi, əmək, statistik və müvafiq qanunvericilik üzrə mükəmməl bilik
- 1C Mühasibat proqramında (və ya eyni kateqoriyada sistemdə) sərbəst işləmək bacarığı
- Riyazi dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik
- İstehsalat və satış sahəsində təcrübə üstünlükdür
Vəzifə öhdəlikləri
- Şirkətin maliyyə–mühasibat uçotunun tam şəkildə aparılması bütün alış–satış əməliyyatlarının uçotu
- Xaricə köçürmələrin (ödənişlərin) həyata keçirilməsi və uçotunun aparılması
- Kreditor və debitor borclarının gündəlik izlənməsi və üzləşdirilməsi
- ƏDV, ÖMV, Mənfəət Vergisi bəyannamələrinin hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və vaxtında təqdim olunması
- Bank əməliyyatlarının, kassa və anbar əməliyyatlarının uçotu
- Mühasibatlıq üzrə sənədləşmə və daxili nəzarətin təmin edilməsi
- Rəhbərliyə aylıq maliyyə hesabatlarının təqdim olunması
Uyğun namizədlər öz cv-lərini “Baş Mühasib” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərsin. Əlavə sual yaranarsa 050-257-80-36 nömrəsi ilə əlaqə saxlanılsın.











