VLand Systems MMC
Planlama üzrə mühəndis
Son tarix 26 mar 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Layihələr üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması),
- Müvafiq layihələr üzrə analizin aparılması, qrafik və büdcənin hazırlanması,
- Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş həcmi və son tarixləri əhatə edən layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması,
- Tender sənədlərinin hazırlanmasında iştirak etmək,
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaq,
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün mühəndislər ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi,
- İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi,
- Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət etmək,
- Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması.
Namizədə aid tələblər:
- Mühəndislik sahəsində ali təhsil,
- Proqram bilikləri: Microsoft Office (excel bilikləri çox yaxşı səviyyədə), Primavera və ya Ms. Project,
- Müvafiq sahədə ən azı 2-3 il təcrübə,
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları,
- Azərbaycan dili əla səviyyədə, ingilis və rus dili üstünlükdür.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Sumqayıt şəhəri;
- Korporativ nömrə;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 2000-2500 AZN NET
Tələblərə uyğun namizədlər CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Planlama üzrə mühəndis” yazaraq göndərə bilərlər.
Satınalma üzrə aparıcı mütəxəssis
Son tarix 26 mar 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalma üzrə qaydaların yazılmasında dəstək olmaq;
- Prosedurlara riayət olunmasını təmin etmək üçün satınalma komandasına dəstək göstərmək;
- Satınalma şöbəsinin illik büdcəsinin hazırlanmasında dəstək olmaq;
- Sifarişlər əsasında bazar araşdırmasını etmək;
- Ehtiyatların miqdarına nəzarət etmək;
- Analiz edib uyğun satıcını seçmək;
- Tələb olunduğu təqdirdə təklifləri qiymətləndirməyə yardım etmək üçün mütəxəssis məsləhətindən istifadə etmək;
- Tender qiymətləndirmə planına, prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək və seçim etmək;
- Satınalma tələblərinə uyğun olaraq malları təhvil almaq;
- Prosedur qaydalarına uyğun olaraq mal və ya xidmətlərin qəbul edilməsini təsdiq etmək, ödənişlər üçün hesabları emal etmək;
- Sifarişçinin tələblərinə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində satınalma prosesini yekunlaşdırmaq;
- Alınan və göndərilən sifarişlərin sənədlərini təmin etmək;
- Yük anbara və ya layihəyə çatana qədər sifarişi izləmək;
- Prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;
- Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
- Podratçılarla müqavilə razılaşmaları rəsmiləşdirilməməyənə qədər işə başlamamaq;
- Satınalma prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək;
- Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;
- Müqavilələrin və sifarişlərin statusunu izləmək.
Namizədə tələblər:
- Ali təhsilli (iqtisadiyyat üzrə)
- Azərbaycan, rus və ingilis dillərini bilməli
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
- MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı.
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş yeri: Sumqayıt şəhəri
- Könüllü tibbi sığorta təminatı
- Korporativ nömrə
- Nahar şirkət tərəfindən verilir
- Nəqliyyat şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: 2800 – 3500 AZN NET
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq göndərə bilərlər.












