VIP Xidmətlər Qrupu MMC
Zallar üzrə menecer
Son tarix 09 noy 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Peşəkar aşbaz və kulinariya üzrə təcrübə ilə Sənaye tendensiyalarından xəbərdar olmaqla sərnişinlər üçün menyu hazırlamaq;
- Daimi menyu yeniləməsini həyata keçirmək, yeməklərin mövsümi olaraq çeşidlənməsini təşkil etmək;
- Pəhriz məhdudiyyətləri və ya allergiyası olan sərnişinlərin ehtiyaclarını ödəmək üçün onların təhlükəsizliyini və məmnuniyyətini təmin etmək üçün xüsusi menyuların hazırlanması;
- Sərnişin tələblərinə uyğun qida məmulatlarının sifariş məntiqinin qurulması;
- Yeməklərin nümayiş və təqdimatını təşkil etmək;
- Müştərilərə düzgün xidmət göstərmək üçün heyətin təlimini təşkil etmək;
- Sərnişinlərə zallarda xidmət zamanı şərh və təkliflərini asanlıqla mübadiləsinə imkan verən əks əlaqə sisteminin təşkili;
- Ölkənin kulinariya mədəniyyətini əks etdirən unikal regional yemək çeşidləri təklif etmək, həmçinin yerli restoranlar və təchizatçılar ilə əməkdaşlıq etmək;
- Keyfiyyət və xidmətin ardıcıl standartlarını qorumaq üçün müntəzəm yoxlamalar aparmaq;
- Menyuları düzgün uyğunlaşdırmaq üçün mövcüd bazar tendensiyalarından, pəhriz seçimlərindən və sağlamlıq qərarlarından xəbərdar olmaq;
- Təchizatçılar tərəfindən istifadə olunan inqrediyentlərin keyfiyyətinə və hazırlanma üsullarına nəzarət etmək, həmçinin təzə, yüksək keyfiyyətli inqrediyentlərdən istifadə olunmasını və yeməklərin mükəmməl şəkildə hazırlanmasını kontrol etmək;
- İnteryer dizaynının, mebelin və ümumi atmosferin standartlarına uyğun olmasını təmin etmək.
Vəzifə tələbləri:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 5 ildən artıq;
- Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;
- Baş verə biləcək hər hansı ani problemlərin dərhal aradan qaldırılması bacarığı;
- Gülərüz, səliqəli və diqqətli olmaq.
Əmək şəraiti:
- Əmək haqqı: 900 AZN
- İş rejimi: 5 günlük (09:00-18:00)
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Nəqliyyatla təmin edilir.
CV müsabiqə iştirakçısının şəxsi e-poçt ünvanından [email protected] və [email protected] ünvanlarına göndərilməlidir. Təqdim edilmiş CV-də müəyyən edilmiş hər hansı uyğunsuzluq musabiqədə iştirakı üçün bu namizəddən imtina səbəbi olacaqdır. Tələblərimizə cavab verməyən CV-ni bizə göndərməməyiniz xahiş olunur. Ünvanımıza gələn CV axınının çox olması səbəbindən onlara tez baxılması üçün sizdən xahiş edirik ki, namizədin imicinə dair məlumat əldə etmək üçün CV-nizə şəkil əlavə edərək Azərbaycan və ya rus dilində tərtib edəsiniz.
Mühasib
Son tarix 09 noy 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu prinsipləri əsasında bütün mühasibat əməliyyatlarının aparılması;
- Vergi, sosial müdafiə fondu, statistika, məşğulluq üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
- Vergilərin hesablanması və vergi bəyannamələrinin, balans hesabatının, mənfəət və zərər hesabatının hazırlanması və s.;
- Maliyyə siyasətinə, tənzimləmə və qanunvericiliyə riayət edilməsi;
- 1C mühasibat proqramında bütün gündəlik əməliyyatların uçotu və zəruri hesabatların aparılması;
- Pensiya fondunun vergi bəyannamələrinin və statistik hesabatların hazırlanması və təqdim edilməsi;
- Bank və nağd ödəniş tapşırıqlarının hazırlanması və işlənməsi;
- İnventarlaşdırmanın vaxtında aparılması;
- Vergi proqramında hesab-fakturaların hazırlanması;
- Baş mühasibin bütün əlavə tapşırıqlarına əməl edilməsi;
- Mühasibat uçotunun düzgünlüyünü və dolğunluğunu təmin etmək üçün qüvvədə olan qanun və qaydalara uyğun olaraq bütün maliyyə əməliyyatlarının işlənməsi və uçotunun aparılması, düzgün və etibarlı maliyyə hesabatlarının və vergi hesabatlarının hazırlanması.
Vəzifə tələbləri:
- 25-40 yaşa qədər;
- Ali mühasibat/maliyyə/iqtisadi təhsil;
- Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini bilməli;
- 1C-də bütün vergi hesabatlarının və dövlət hesabatlarının hazırlanması üzrə praktiki biliklər;
- MS Office proqramları, təkmil Excel biliyi, 1C Mühasibatlıq 7.7, 8.2 bilikləri;
- Müvafiq sertifikatların olması üstünlükdür;
- Azərbaycan dilində səlis danışıq bacarığı. İngilis və rus dillərini bilmək arzuolunandır.
Əmək şəraiti:
- Əmək haqqı: 900 AZN;
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Nəqliyyat və naharla təmin etmə.
Uyğun şəxslər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərə bilərlər. Ünvanımıza gələn CV axınının çox olması səbəbindən onlara tez baxılması üçün sizdən xahiş edirik ki, namizədin imicinə dair məlumat əldə etmək üçün CV-nizə şəkil əlavə edərək Azərbaycan və ya rus dilində tərtib edin. Tələblərimizə cavab verməyən CV-ni bizə göndərməməyiniz xahiş olunur.
Turizm üzrə satış nümayəndəsi
Son tarix 09 noy 2023 [email protected]
Namizədə tələblər:
- Ali təhsil;
- Sahə üzrə ən azı 2-3 il təcrübə;
- Azərbaycan, rus və ingilis dillərində səlis danışıq qabiliyyəti;
- Müştəri ilə işləmə bacarığına sahib olmaq;
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Dinləmə, inandırma və münaqişələrin həlli bacarıqları;
- MS Office proqramlarından (word/excel), satış sistemlərindən yaxşı istifadə etmə bacarığı, 1C - arzuolunandır;
- Stresə davamlılıq və emosiyalarını idarə etmə bacarığı;
- Kompüterdə çevik işləmə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Sifarişlərin qəbulu və sistemində yerləşdirilməsi;
- Turların hazırlanması, fərdi və qrup turların təşkili;
- Amadeus, Travelport, Sirena Travel, Galileo kimi qlobal distribyutiv sistemlərdə işləmə bacarığı və satışları təşkil etmək;
- B2B sistemdən otellərin bronlaşdırılması;
- Sorğuların vaxtında, dəqiq və peşəkar formada cavablandırılması;
- Həftəlik və aylıq satış hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək, yaranmış problemləri aidiyyatı bölmələrə yönləndirmək;
- Daxili partnyorlar (otellər və təchizatçılar) ilə yazışmalar aparmaq və əməkdaşlıq etmək.
Əmək şəraiti:
- Əmək haqqı 900 AZN;
- 5 günlük (09:00-18:00) iş rejimi;
- Nahar və nəqliyyat təmin edilir;
- Heydər Əliyev Beynəlxalq Hava Limanı, Terminal 2.
CV müsabiqə iştirakçısının şəxsi e-poçt ünvanından göndərilməlidir.
Təqdim edilmiş CV-də müəyyən edilmiş hər hansı uyğunsuzluq müsabiqədə iştirakı üçün bu namizəddən imtina səbəbi olacaqdır.
Tələblərimizə cavab verməyən CV-ni bizə göndərməməyiniz xahiş olunur.
Ünvanımıza gələn CV axınının çox olması səbəbindən onlara tez baxılması üçün sizdən xahiş edirik ki, namizədin imicinə dair məlumat əldə etmək üçün CV-nizə şəkil əlavə edin və Azərbaycan və ya rus dilində tərtib edin.