VIP Xidmətlər Qrupu MMC
Brend məhsullarının satışı üzrə məsləhətçi (Hava limanı)
Son tarix 22 yan 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Hava limanında aviasərnişinlərə brend məhsullarının seçimində kömək etmək, onların təyinatı, istifadə qaydaları, zəmanəti, keyfiyyəti barədə dolğun məlumat vermək;
- 1C retail modulunda məhsulun referans kodu, qiymətləri, şəkli və ya digər məlumatlarında uyğunsuzluq olduğunda satışı rəsmiləşdirmədən öncə aşkar etmək, tabe olduğu rəhbərinə məlumat vermək:
- Satışı prosedura uyğun rəsmiləşdirmək, aviasərnişinə bütün müvafiq çekləri təqdim etmək;
- Vitrinlərin və şkafların səliqəsini, merçendayzinqin düzgünlüyünü, uyğun kolleksiyaların düzülüşünü, məhsulların düzgün bölgüsünü təmin etmək.
Vəzifə tələbləri:
- Cinsi: Qadın;
- Təhsil: Orta təhsil;
- Yaş həddi: 20 - 35 yaş;
- İş təcrübəsi: 1 ilədək;
- Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək (B1-B2);
- Xoş və görkəmli görünüşlü;
- Müştərilərlə ünsiyyətdə gülərüz və rahat;
- Ünsiyyət bacarığı, işdə nizam-intizamlı;
- Gecə növbəsində işləyə bilmə.
Əmək şəraiti:
- Əmək haqqı: 900-1000 AZN (net) + bonus;
- İş rejimi: 2 növbəli (08:00-20:00; 20:00-08:00)
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Nəqliyyat ilə təmin etmə.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Brend məhsullarının satışı üzrə məsləhətçi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.