VIP Xidmətlər Qrupu MMC
Keyfiyyət üzrə inspektor
Son tarix 01 yan 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin istehsalat sahələrində prosedur və təlimatlara əsasən göstərilən xidmət proseslərin icrasını yoxlamaq;
- Keyfiyyətə nəzarət və qida təhlükəsziliyi üzrə yoxlamalar keçirmək, sənədləşməni icra etmək;
- Xidmət prosesinin bütün mərhələlərində müvafiq beynəlxalq standartlara və qanunverici tələblərə, Şirkətin daxili prosedur tələblərinə uyğunluğun təmin edilməsi üçün tədbirlərin görülməsi, qida məhsullarının keyfiyyəti və komplektliliyinin yoxlanılması, hazır məhsulların düzgün saxlanmasına nəzarət edilməsi;
- Aparılmış yoxlamaların nəticələri üzrə mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
- Əməkdaşların şirkətin daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmələrinə nəzarət etmək;
- İstehsalat sahələrində yeni proseslərin tədbiq edilməsində iştirak etmək və mövcud olan proseslərin təkmilləşdirilməsində təkliflər vermək;
- Beynəlxalq standartın İSO 9001:2015 tələblərini istehsalat sahələrində tədbiqi, işlək vəziyyətdə saxlanılması və təkmilləşdirilməsi üçün təkliflər vermək;
- Şirkətin daxili prosedurlarının vaxtaşırı təftişini aparmaq;
- Proseslərdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, zəruri tədbirlərin görülməsi və uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlərin görülməsi, sahələrdə risk analizinin aparılması.
Namizədə tələblər:
- 20-35 yaş;
- Ali təhsil - aviasiya və ya turizm sahəsində ali təhsilə üstünlük verilir;
- MS Office programları (Word, Excell, Outlook) biliklər;
- İSO standartının şərtlərini bilməli, bu sahədə təlim almış olmalıdır. Qida məhsulları sahəsində təcrübənin olması arzuolunandır;
- Keyfiyyətə nəzarət, audit sahəsində 2-3 il iş təcrübəsi təcrübəsi;
- Dil bilikləri: Azərbaycan əla, ingilis və rus dilləri B2 (üst orta).
Əmək şəraiti:
- Əmək haqqı: gross 850 AZN;
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Nəqliyyat və naharla təmin etmə.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyət üzrə inspektor” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.