VIP Xidmətlər Qrupu MMC
Təlim üzrə koordinator
Son tarix 02 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tədris sənədlərinin hazırlanması işini təşkil etmək;
- Təlim proqramlarının hazırlanmasında iştirak etmək;
- Təlim keçən işçilərin hazırlıq səviyyəsinə, keçirilən təlimlərin keyfiyyətinə və müntəzəmliyinə riayət etmək;
- Tədris müddətlərinə, planlarına və proqramların icrasına nəzarət etmək;
- Sınaq müddətində olan əməkdaşların imtahanlarını təşkil etmək;
- İmtahanlarda iştirak etmək və imtahanların nəticələrini protokolla rəsmiləşdirmək;
- Əməkdaşların xarici dil biliklərinin yoxlamasını həyata keçirmək;
- Ay ərzində təşkil olunmuş təlimlər barədə hesabatların hazırlamaq;
- Təlim prosesinə aid olan nəzarət sistemini təkmilləşdirmək;
- Təlimlərin keçirilməsinin effektivliyini vaxtaşırı olaraq qiymətləndirmək;
- İllik təlim planını tərtib etmək.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi – minimum 3 il;
- MS Office, 1C proqramlarında işləyə bilməli;
- Dil bilikləri : azərbaycan, rus dili və ingilis dili (B1/B2 Səviyyə);
- Punktuallıq;
- Təşkilatçılıq bacarığı;
- İşgüzar ünsiyyət;
- Komandada işləmə bacarığı.
Əmək şəraiti:
- Əmək haqqı 850 AZN (gross);
- 5 günlük (09:00-18:00) iş rejimi;
- Nahar və nəqliyyat təmin edilir;
- Heydər Əliyev Beynəlxalq Hava Limanı, Terminal 2.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Təlim üzrə koordinator” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.