Veysəloğlu MMC
Analitika və hesabatvermə üzrə mütəxəssis
Son tarix 20 yan 2024 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- Ay ərzində reallaşan kampaniyaların sistemə daxil edilməsini həyata keçirmək;
- Sistemdə olan kampaniyalara dəyişikliklərin edilməsi prosesini həyata keçirmək;
- Kampaniya gedişatına nəzarət etmək, təsdiqlənmə prosesini kontrolda saxlamaq;
- Kampaniyaların inkişafı istiqamətində müvafiq təkliflər irəli sürmək;
- Hazır olan kampaniyaları aidiyyatı üzrə satış kanallarına elan etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
- Satış üzrə hesabatlar və analiz yaradılması;
- Mallara yetki kontrol edilməsi;
- Malların qiymətlərinin dəyişdirilməsi və təyin edilməsi;
Vəzifə tələbləri:
- Ali təhsil
- Azərbaycan və rus dillərində sərbəst bilmək;
- Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
- Kommunikasiya və təqdimetmə bacarığı;
- Microsoft Office proqramlarını bilmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma
- Nahar ilə təmin edilmə
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Analitika və hesabatlar üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.