Veysəloğlu MMC
Layihələrin koordinasiyası üzrə mütəxəssis
Son tarix 03 noy 2024 - Müraciət et
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Layihənin məqsəd və hədəflərini müəyyənləşdirmək, layihə planını hazırlamaq və təsdiq etmək;
- Əlaqədar Programda Cəmiyyətə aid Layihələrin və tapşırıqların izlənməsi;
- Layihələrin Cəmiyyət daxilində Layihə komandasını təşkil etmək, işlərin bölüşdürülməsi və koordinasiyasını təmin etmək;
- Proseslərin İzlənməsi: Layihə fəaliyyətlərini izləmək, problem və təkmilləşdirmə sahələrini müəyyənləşdirmək;
- Sənəd və Hesabatların Hazırlanması: Layihə ilə bağlı sənədləri, hesabatları hazırlamaq və təqdim etmək;
- Layihə Məqsədlərinin Qoyulması: Layihənin məqsəd və təsdiqlənmiş göstəricilərə uyğun olaraq çalışmaq;
- Büdcənin İdarə Edilməsi: Layihə büdcəsini izləmək, xərcləri nəzarət altında saxlamaq;
- Zamanın İdarə Edilməsi: Layihə təqvimini idarə etmək, tapşırıqları zamanında yerinə yetirmək;
- Risklərin İdarə Edilməsi: Riskləri müəyyənləşdirmək və qarşısını almaq üçün tədbirlər görmək;
- İnformasiya Paylaşımı: Layihə statusu, irəliləyiş və digər məlumatları müvafiq şəxslərə təqdim etmək;
- Əlaqələrin Qurulması: Layihə iştirakçıları, müştərilər və digər tərəflərlə əlaqələri qurmaq və idarə etmək;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarıqları, rus dili biliyi arzuolunandır;
- MS Office proqramlarından (xüsusilə Excel,PowerPoint, Visio) peşəkar səviyyədə istifadə bacarığı;
- Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (PMP,PMI);
- Layihələrin İdarə Edilməsi üçün istifadə edilən proqram biliklərinin olması;
- Yüksək səviyyədə təqdimetmə və ünsiyyət bacarıqları;
- Güclü analitik və problem həll etmə bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
İş qrafiki:
- Həftənin 5 günü saat 09:00-dan 18:00-də
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Layihələrin koordinasiyası üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Biznes Proseslərin və Layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis
Son tarix 03 noy 2024 Müraciət et
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin incələnməsi və tələbin müəyyənləşdirilməsi;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
- Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;
- Mövcud və gələcək proses vəziyyətlərini vizuallaşdırmaq üçün BPMN kimi metodologiya və alətlərdən istifadə edərək biznes prosesi modelləri yaratmaq
- Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
- Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi, və sorğu əsasında hesabatın təqdim edilməsi.
- Biznes proseslərin təhlili zamanı aidiyyatı olan struktur vahidlərinin nümayəndələri ilə görüşlərin təşkil edilməsi;
- İş fəaliyyəti ilə əlaqədar ezamiyyətlərin təmin edilməsi.
- Dəyişikliklərin effektiv həyata keçirilməsini təmin etmək üçün müxtəlif şöbələr və idarəetmə səviyyələri ilə koordinasiya və əməkdaşlıq;
- Şirkətin dəyişən ehtiyac və məqsədlərinə uyğun olaraq biznes proseslərinin davamlı olaraq yenilənməsi və optimallaşdırılması;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office proqramların biliyi (MS Excel, Power BI, MS Visio yüksək səviyyədə);
- Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (Six Sigma Yellow Belt);
- SAP roqramından istifadə təcrübəsi arzuolunandır;
- İngilis və rus dilləri arzuolunandır;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmək bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Proseslərin və Layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.