Veysəloğlu MMC
Təchizat üzrə kiçik mütəxəssis
Son tarix 01 okt 2023 [email protected]
Funksiya: Təchizat zənciri və logistika departamenti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- Mal alışının hazırlanması, sifarişlərin sistemə daxil edilməsi;
- Tədarükçülərlə danışıqların aparılması və müqavilələrin bağlanması;
- Sifariş olunan mallar üzrə stok səviyyəsinə nəzarət edilməsi;
- Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.
Vəzifə tələbləri:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
- MS Office, xüsusilə Excel proqramını əla bilmək;
- Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);
- Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək;
- Problemləri operativ həll etmək;
- Yüksək ünsiyyət bacarığı;
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təchizat üzrə kiçik mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Analitik və hesabatlar üzrə mütəxəssis
Son tarix 01 okt 2023 [email protected]
Funksiya: Qastronom və dondurulmuş məhsullar üzrə biznes inkişafı departamenti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
İşin təsviri: Günlük, aylıq, illik satış hesabatlarını hazırlayır və üst rəhbərlərə təqdim edilməsini təmin edir.
Vəzifə funksiyaları:
- Gündəlik, həftəlik və aylıq satış təhlillərini hazırlamaq;
- Kampaniya gedişatına günlük, həftəlik və aylıq olaraq nəzarət etmək;
- Satış komandasının KPI-larını izləmək və gündəlik satış komandasını məlumatlandırmaq;
- Satışla bağlı müxtəlif təhlilləri (illər üzrə çeşid və brendlər üzrə satış müqayisəsi təhlili, müştəri sayı və s.) aidiyyəti bölmələrə göndərmək;
- Fabriklər üzrə keçirilən kampaniya və tədbir gedişatı haqqında məlumat və hesabatları hazırlayıb təqdim etmək;
- Birbaşa rəhbəri tərəfindən hazırlanan sənədlərin (xidməti məlumatlar, müraciətlər, hesabatlar və s.) müvafiq bölmələr tərəfindən təsdiqini təmin etmək;
- Gündəlik işlər barədə birbaşa rəhbərinə hesabat vermək;
- Bazar monitorinqi və brendlerin bazar qiymət analizini, həmçinin məhsulların bazar indeksini hazırlamaq.
Vəzifə tələbləri:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- MS Office, xüsusilə Excel proqramını əla bilmək;
- Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);
- Yüksək ünsiyyət bacarığı;
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Analitik və hesabatlar üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.