Veysəloğlu Şirkətlər Qrupu
IT Siyasətlərin və Proseslərin İdarəedilməsi mütəxəssisi
Son tarix 28 noy 2024 - [email protected]
Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.
Vəzifə öhdəlikləri:
- Təşkilatın strateji məqsədlərini dəstəkləyən effektiv İT idarəetmə çərçivəsini inkişaf etdirmək, həyata keçirmək və dəstəkləmək.
- İT siyasətlərini, prosedurlarını və standartlarını yaratmaq və dəstəkləmək
- İT normativ sənədlərinin nəşri və dövri təftişi
- İT ilə bağlı riskləri müəyyənləşdirilməsi və qiymətləndirilməsi və risklərin azaldılması strategiyalarının hazırlanması və həyata keçirilməsi üçün çalışmaq.
- Beynəlxalq standartlar və təcrübələr çərçivəsində (ISO, ITIL, Cobit) Boşluq Analizinin (Gap Analysis) keçirilməsi və uyğunluğun təmin edilməsi üçün təkliflərin verilməsi və icrası
- İş fəaliyyəti çərçivəsində risklərin və nəzarətlərin qurulmasında iştirak etmək, təkmilləşdirilməsi üzrə təkliflər vermək
- Mövcud proseslərin, məhsulların, sistemlərin və xidmətlərin auditinin planlaşdırılmasına və icrasına kömək etmək
- İşçilərin İT idarəetmə siyasət və prosedurlarını mənimsəmələri və onlara əməl etmələrini üçün təlim və məlumatlandırma proqramları təmin etmək
- İT idarəetməsində sənaye tendensiyaları və ən yaxşı təcrübələrdən xəbərdar olmaq və təkmilləşmələr üçün təkliflər vermək
Tələblər:
- Ali Təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya müvafiq sahədə)
- İT idarəetmə prinsipləri və çərçivələri (məsələn, COBIT, ITIL) üzrə əsas biliklər üstünlükdür.
- Əla ünsiyyət bacarığı.
- Mürəkkəb problemləri həll etmək bacarığı ilə analitik düşüncə tərzi.
- Komanda mühitində birgə işləmək bacarığı
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İT Siyasətlərin və Proseslərin İdarəedilməsi Mütəxəssisi” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.