Veysəloğlu MMC
Texniki Xidmət üzrə Mütəxəssis
Son tarix 02 mar 2026 - [email protected]
"Veysəloğlu" MMC Şirniyyat-2 Kateqoriyası üzrə İdarəedici Direktorluqda, "Texniki Xidmət üzrə Mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Vəzifə öhdəlikləri:
- Mexaniki, elektrik və elektronika avadanlıqlarının təmiri və texniki xidmət
- Avtomatika sistemləri (maqnitişəsalıcı, rele, kontroller və s.) üzrə işlərin düzgün işləməsini təmin etmək və texniki problemlərin operativ həlli
- Verilən texniki tapşırıqların dəqiq və vaxtında yerinə yetirmək
- Ərazidə yoxlama işlərini həyata keçirmək.
- Kollektivlə effektiv ünsiyyət qurmaq, komanda daxilində koordinasiyanı təmin etmək.
- İstehsalat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə aparılmasına dəstək göstərmək.
Tələblər:
- Təhsil (elektrik, elektronika və ya əlaqəli sahə üzrə).
- Mexaniki, elektrik və elektronik avadanlıqların təmiri sahəsində minimum 2 il iş təcrübəsi.
- Avtomatika bilikləri (maqnitişəsalıcı, rele, kontroller və digər əlaqəli sistemlər).
- Servis-xidmət sahəsində iş təcrübəsi.
- Ərazidə yoxlama işlərinin aparılması üçün şəxsi avtomobilə malik olmaq.
- Yaxşı ünsiyyət və kollektivdə işləmək bacarığı.
- Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür)
Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ödənişi.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Texniki Xidmət üzrə Mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.











