Veysəloğlu MMC
Analitika və Hesabatvermə üzrə Mütəxəssis
Son tarix 09 fev 2026 - Müraciət et
Funksiya: Qastronom Kateqoriyası üzrə İdarəedici Direktorluq/Biznes İnkişaf Şöbəsi
Vəzifə funksiyaları:
- Kampaniyaların sistemə daxil edilməsi və mövcud kampaniyalarda dəyişikliklərin həyata keçirilməsi;
- Kampaniya gedişatına nəzarət və təsdiqlənmə prosesinin idarə olunması;
- Kampaniyaların inkişafı üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
- Hazır kampaniyaların aidiyyəti satış kanallarına elan edilməsi;
- Satış hesabatlarının və analizlərin hazırlanması;
- Yeni məhsulların təsdiqi və mallara yetki nəzarəti;
- Malların qiymətinin təyin edilməsi və dəyişikliklərin vaxtında icrası;
- Xərclərin idarə olunması və EBA sisteminə daxil edilməsi;
- Qiymət fərqləri və xərclərlə bağlı məlumatların araşdırılması və nəzarətdə saxlanılması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Vəzifə tələbləri:
- Ali təhsil (iqtisadiyyat, biznes idarəçiliyi, maliyyə, marketinq sahələri);
- Analitika və hesabatvermə sahəsində minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə bacarıq;
- ERP və digər daxili idarəetmə sistemlərində işləmək bacarığı (üstünlükdür);
- Analitik düşüncə, dəqiqlik və detallara diqqət;
- Effektiv kommunikasiya və koordinasiya bacarığı;
- Məlumatların strukturlaşdırılmış və vaxtında təqdim edilməsi;
- Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Analitika və Hesabatvermə üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub sayta göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.










