Veysəloğlu MMC
Layihələr üzrə Menecer/ İnformasiya Texnologiyaları Direktorluğu
Son tarix 28 dek 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xətai ray., Azure Biznes mərkəzi
- İş qrafiki: Həftənin 5 günü,
- İş rejimi: 09:00-18:00/08:00-17:00/08:30-17:30
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Vəzifə öhdəlikləri:
- Layihələrin şirkətin strateji məqsədlərinə uyğunluğunun təmin edilməsi.
- Şirkətin İT layihələrinin planlanması, icrası və monitorinqi
- Layihə planlarının, büdcələrinin, risk xəritələrinin və vaxt cədvəllərinin hazırlanması və icrasına nəzarət.
- Müxtəlif departamentlər və layihə komandasının koordinasiyası, tələblərin düzgün toplanması və prioritetləşdirilməsi.
- Layihələr üzrə dəyişikliklərin idarə edilməsi və analizinin aparılması.
- İcra prosesində daxili və xarici vendorlarla əməkdaşlıq və onların fəaliyyətlərinin idarə olunması.
Tələblər:
- İT, İdarəetmə, Biznesin təşkili və ya müvafiq sahə üzrə ali təhsil.
- Layihə idarəetməsi sahəsində minimum 2–3 il iş təcrübəsi (İT layihələrində təcrübə mütləqdir).
- Agile/Scrum, Waterfall kimi metodologiyalar üzrə praktiki bilik.
- PMP sertifikatının olması mütləqdir
- Koordinasiya və kommunikasiya bacarıqları.
- Azərbaycan və İngilis dilində mükəmməl bilik, rus dilini isə bilmək arzuolunandır.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Yemək pulu
- Könüllü tibbi sığorta
- Vəzifə kateqoriyasına uyğun digər imtiyazlarla təmin olunma
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Layihələr üzrə menecer” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.











