Veysəloğlu MMC
Məlumat Bazasının İdarəedilməsi Şöbə müdiri
Son tarix 25 okt 2025 - [email protected]
"Veysəloğlu" MMC İnformasiya Texnologiyları Direktorluğunun İnfrasturuktur Xidmətlərinin İdarəedilməsi Departamentinin Məlumat Bazasının İdarəedilməsi Şöbəsinə “Şöbə müdiri” vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
- Şirkətin satış (POS), ERP, CRM və e-commerce sistemləri ilə inteqrasiya olunmuş verilənlər bazalarının idarə olunmasını təmin etmək.
- Verilənlər bazalarının yüksək əlçatanlığını və performansını qorumaq, ehtiyat nüsxələmə, bərpa, monitorinq və rutin əməliyyatların avtomatlaşdırılmasını həyata keçirmək.
- Verilənlər bazası arxitekturasını inkişaf etdirmək və məlumat strukturlarını optimallaşdırmaq, yeni texnologiyaların tətbiqini təşviq etmək.
- Data təhlükəsizliyi və məxfilik qaydalarına riayət olunmasını təmin etmək.
- Əməliyyat prosedurlarının və sənədləşmənin aktual və effektiv olmasını təmin etmək, əməliyyat məsələlərini izləmək və həll etmək, həmçinin maraqlı tərəflərə hesabat vermək.
- Data idarəetmə komandası və biznes bölmələri ilə əməkdaşlıq edərək məlumatların keyfiyyətini, ardıcıllığını və düzgünlüyünü qorumaq.
- Təşkilat daxilində məlumatların əldə olunması, inteqrasiyası, analizi, nümunələrin tanınması və interpretasiyası üçün data idarəetmə strukturları və metadata hazırlamaq.
- Verilənlər bazası və məlumat anbarı konsepsiyaları, dizayn prinsipləri, arxitekturaları, proqram təminatı və imkanları haqqında mütəxəssis biliyini inkişaf etdirir və qoruyur.
- Performans və əlçatanlığı təmin etmək üçün əməliyyat məlumatı tələblərinə uyğun fiziki verilənlər bazası dizaynlarını tətbiq edir.
Tələblər:
- Minimum 5 il təcrübə (verilənlər bazası idarəetməsi üzrə, pərakəndə və ya e-commerce təcrübəsi üstünlükdür)
- SQL Server, Oracle və ya PostgreSQL üzrə güclü bilik;
- Komandanı idarə etmək, texniki məsələlərdə qərar vermək və biznes tələblərinə uyğunlaşmaq
Dil bilikləri:
- Azərbaycan dili – əla səviyyədə;
- İngilis və rus dilləri – arzuolunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Məlumat Bazasının İdarəedilməsi Şöbə müdiri” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
İş yeri: Bakı şəhəri, Azure biznes mərkəzi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək