Veysəloğlu MMC
Pl, tədarükçü dəyərləndirmə üzrə aparıcı mütəxəssis
Son tarix 27 noy 2023 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Vəzifə funksiyaları:
- Tədarükçülərə məxsus müəssisələrdə illik plana əsasən planlı auditlərin və plandankənar (şikayət əsasında, uyğunsuzluq aşkarlandığında və ya başqa səbəb) auditlərin keçirilməsi;
- Audit nəticələrinin hazırlanaraq üst rəhbərliyə təqdim edilməsi;
- İstehsal və idxal olunan qida məhsulları ilə bağlı daxil olan müştəri şikayətlərinin qəbulu, araşdırılması, uyğunsuzluqların səbəbinin öyrənilməsi, cavablandırılması və müştəri məmnuniyyətinin əldə edilməsi;
- İstehsal və idxal olunan qida və qeyri-qida məhsullarının anbarda və satış vitrinlərində rəf analizlərinin həyata keçirilməsi;
- Məhsul analizlərinin aparılması üçün müvafiq laboratoriyalara nümunələrin təqdim edilməsi.
Vəzifə tələbləri:
- Qida mühəndisliyi, istehlak mallarının ekspertizası, kimya, kimya-texnologiya üzrə ali təhsil;
- Ezamiyyətlərə açıq olmalı;
- Qida sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- Rus dili və İngilis dili biliyi arzuolunandır;
- Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi;
- İSO 9001, İSO 22000, BRCGS, FSSC 22000, HACCP standartları üzrə nəzəri biliklərə sahib olmalı.
- Bəy namizədlər dəyərləndiriləcəkdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydası: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Pl, tədarükçü dəyərləndirmə üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.