Veysəloğlu MMC
Kiçik kibertəhlükəsizlik inzibatçısı
Son tarix 15 iyn 2025 - Müraciət e
Vəzifə öhdəlikləri:
- Şöbənin məsul işçiləri tərəfindən ona həvalə olunan tapşırıqları icra edir.
- Qəbul edilmiş standart, qayda və prosedurlara uyğun olaraq işlərini planlaşdırır, icra edir.
- Sistem və Şəbəkə təhlükəsizliyi sazlamalarını həyata keçirir.
- Şirkətin serverlərində İT təhlükəsizliyi inzibatçılığını həyata keçirir.
- Fayrvol avadanlıqlarında icazələrin verilməsini təmin edir.
- Fayrvol və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir.
- Şikrətin layihələrində kibertəhlükəsizlik nəzarətlərinin və tələblərinin formalaşmasında iştirak edir.
- Sistemlərdə yaranan boşluqları aradan qaldırır.
- Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdıırlmasında, testləşdirilməsində və icrasında iştirak edir.
- Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır.
Tələblər:
- Ali təhsil(ixtisas üzrə üstünlük verilən)
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Şəbəkə, Sistem, Təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyat sistemləri üzrə anlayışlar və Beynəlxalq İT standartları üzrə biliklər
- NGF, CCSP, CCNA, CompTIA Security+ biliklərinin və tətbiq etmə qabiliyyət
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kiçik kibertəhlükəsizlik inzibatçısı” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Təhlükəsizlik əməliyyatları Mərkəzinin Aparıcı Analitiki
Son tarix 15 iyn 2025 Müraciət e
Vəzifə öhdəlikləri:
- İnformasiya və kibertəhlükəsizlik insidentlərini araşdırmaq və cavab tədbirlərini həyata keçirmək
- Əməkdaşları informasiya təhlükəsizliyi qaydaları, kibertəhdidlərlə bağlı maarifləndirmək və fişinq simulyasilarını həyata keçirmək
- Yeni qurulacaq sistemlər üçün informasiya təhlükəsizliyi tələblərini və elementlərini müəyyənləşdirmək
- Şirkətin informasiya sistemlərindəki məlumatlarının əlçatanlığına, məxfiliyinə və tamlığına təsir edən təhlükəsizlik boşluqlarını aşkarlamaq və aradan qaldırmaq üçün tövsiyələr vermək
- Bütün informasiya sistemlərinin və infrastrukturun SIEM Monitorinq sisteminə qoşulmasını təmin etmək
- Məlumat sızmasından mühafizə (DLP) sistemlərinin tətbiqində iştirak etmək
- Kibertəhdidlərin kəşfiyyatı (CTI) sistemindən daxil olmuş insident və bildirişləri analiz etmək və cavab tədbirlərini təşkil etmək
- Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarının Şirkətdə tətbiq edilməsini monitorinq etmək
- İnformasiya təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunlar ilə uyğunluğa nəzarət etmək
Tələblər:
- EDR/XDR həlləri ilə işləmə bacarığı;
- DLP həlləri ilə bağlı iş təcrübəsi;
- SIEM həlləri ilə bağlı təcrübə;
- Vulnerability scanning proqram təminatı ilə işləmə bacarığı;
- Yeni nəsil firewall-lar (NGFW) ilə işləmə bacarığı;
- Veb təhlükəsizlik (Web Application Firewall) haqqında biliklərin olması;
- Azure Cloud bilikləri(arzuolunandır);
- Əməliyyat sistemlərinin təhlükəsizliyi barədə biliklər;
- Şəbəkə təhlükəsizliyi ilə bağlı biliklər;
- İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər;
- Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə;
- Komandada işləmək bacarığına sahib olan şəxsdir.
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təhlükəsizlik əməliyyatları Mərkəzinin Aparıcı Analitiki” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Biznes Analitik (İnformasiya Texnologiyaları Direktorluğunda)
Son tarix 12 iyn 2025 Müraciət et
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Biznes tələblərinin toplanması və təhlili: Şirkətin iş prosesləri və tələblərini anlamaq, sistemin inkişafı üçün biznes tələblərini toplamaq.
- Tələblərin sənədləşdirilməsi: Biznes tələblərinin texniki tələblərə çevrilməsi, detallı spesifikasiyaların hazırlanması.
- Sistem analizi və dizaynı: Mövcud sistemlərin təhlili, yeni sistem dizaynı və tətbiq olunacaq həll yollarının təklif edilməsi.
- Komanda ilə əməkdaşlıq: Proqramçılar, layihə menecerləri və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək.
- Test proseslərinə dəstək olunması: Yeni həllərin və sistemlərin test edilməsi üçün ssenarilərin hazırlanmasına və test proseslərinə dəstək.
- Layihə idarəetməsi dəstəyi: Layihə müddətində irəliləyişin izlənilməsi, risklərin və problemlərin həlli üçün dəstək vermək.
- Biznes ilə kommunikasiya: Bizneslə əlaqə quraraq onların tələblərini və gözləntilərini müəyyənləşdirmək və müvafiq həll yolları təklif etmək.
Tələblər:
- Təhsil: Kompüter elmləri, İnformasiya Texnologiyaları, Biznes Administrasiyası və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi.
- Təcrübə: IT Biznes Analist vəzifəsində ən azı 2+ il iş təcrübəsi.
- Analitik bacarıqlar: Məlumatların analiz edilməsi, proseslərin optimallaşdırılması və sistemlərin işləmə mexanizmlərinin dərin təhlil bacarığı.
- Proses modelləşdirilməsi: BPMN, UML kimi modelləşdirmə texnologiyaları üzrə biliklər (arzuolunandır).
- Proqram təminatı bilikləri: Agile, Scrum və ya digər metodologiyalarla layihə idarəetmə alətləri ilə tanışlıq.
- Texniki biliklər: SQL, API-lərlə işləmə təcrübəsi, ERP və CRM sistemləri barədə biliklər.
- Kommunikasiya bacarıqları: Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, biznes tərəflər və texniki komandalar arasında vasitəçilik etmək.
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlük təşkil edir.
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Analitik” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Müştəri Meneceri
Son tarix 12 iyn 2025 Müraciət et
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Servis xidməti
- Nahar təminatı
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Vəzifə funksiyaları:
- Marka Kateqoriyası içərisində əhatəli bir çeşid siyahısı tərtib etmək və təqib etmək
- Yeni çeşidlərin artırılmasını təmin etmək və müştəri ehtiyaclarını izləmək
- Çeşid siyahısındakı boşluqların aşkarlanmasını həyata keçirmək
- Alıcılar və onların ehtiyaclarının araşdırılmasını təmin etmək
- Mövcud çeşidlər üçün alıcı ehtiyaclarını müəyyənləşdirmək (qutu ölçüləri, çeşidlər və s.)
- Mağaza araşdırmasını həyata keçirmək
- Bazar yayımı və müqayisəsini həyata keçirmək (Benchmarking)
- Bazar yayımı işlərini idərə etmək (araşdırma dəstəyi ilə), mağazaların və mağazalarda olan çeşidlərin çoxaldılmasını təmin etmək (satış kateqoriyasına və çeşid kateqoriyasına görə müqayisə etmə /benchmarking), yayım işləri üçün ehtiyacları təyin etmək, həmçinin həyata keçirilməsini təşkil etmək
- Mağazalarda çeşid yayımını artırmaq üçün hərəkət planları hazırlamaq
- Kampaniya planlaması və idarə edilməsini həyata keçirmək
Vəzifə tələbləri:
- Biznesin idarə edilməsi, iqtisadiyyat sahəsi üzrə ali təhsil
- Satış sahəsində ən azı 3 il iş təcrübəsi
- Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusi ilə Excel və Power Point);
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
- Komandanı idarə etmək bacarığı;
- Problem həll etmə bacarıqları;
Müraciət qaydaları:
- Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Müştəri Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya karyera.veyseloglu.az saytına göndərə bilərlər.
- Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Ticarət Marketinqi üzrə Mütəxəssis
Son tarix 12 iyn 2025 Müraciət et
Brend: Red Bull
Ünvan: Bakı, Azərbaycan
Əsas vəzifələr
- POS materiallarının hazırlanması və təşviqatların qiymətləndirilməsi də daxil olmaqla, ticarət marketinqi strategiyasının dəstəklənməsi və həyata keçirilməsi
- Satış və marketinq planlarının uyğunlaşdırılması, əsas müştərilərlə (avadanlıq, promosiyalar, görünürlük) danışıqlarda iştirak
- Satış və müştəri performansının kanallar üzrə təhlili və məqsədyönlü ticarət fəaliyyətlərinin həyata keçirilməsi
- Qlobal POS alətlərinin yerli ehtiyaclara uyğunlaşdırılması və idarə olunması
- Əsas müştərilərlə kateqoriya idarəetməsi layihələrinin icrası və digər müştərilər üçün təhlil və təşəbbüslərlə dəstək verilməsi
Tələb olunan təcrübə
- FMCG sahəsində (ticarət/istehlakçı marketinqi, kateqoriya idarəetməsi, istehlakçı analitikası və ya əsas müştərilərlə iş) minimum 2 illik təcrübə
- Sürətli öyrənən, analitik düşüncəli, komanda ilə işləmə bacarığı olan və güclü kommersiya zəkasına malik namizəd
- Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint və s.) sərbəst işləmə bacarığı
Təhsil
Ali təhsil (iqtisadiyyat, biznes, marketinq və ya oxşar sahələr üzrə)
Dil bilikləri
- Azərbaycan, rus dillərində səlis; ingilis dillində sərbəst danışıq bacarığı üstünlük sayılır
Əgər bu vakansiya sizin bacarıq və təcrübənizə uyğundursa və maraqlanırsınızsa, zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərin.
İnsan Resursları üzrə Aparıcı Talant Partnyor
Son tarix 08 iyn 2025 Müraciət e
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş bölmələrdə İR üzrə strateji tərəfdaş kimi çıxış etmək;
- Biznes rəhbərləri ilə birgə İR strategiyalarını hazırlamaq və tətbiq etmək;
- Ştat planlaması və işçi xərclərinin idarə olunmasına dəstək vermək;
- İşə qəbul prosesini tam şəkildə idarə etmək;
- Yeni işçilərin adaptasiyası və sınaq müddətinin izlənməsini təmin etmək;
- Performans qiymətləndirməsini təşkil etmək və inkişaf planları hazırlamaq;
- Yüksək potensiallı əməkdaşların inkişafı üzrə proqramlar qurmaq;
- İllik təlim ehtiyaclarını müəyyənləşdirmək və təlim planlamasına töhfə vermək;
- Karyera inkişafı və yerdəyişmə proseslərində iştirak etmək;
- İşçilərlə mütəmadi görüşlər keçirmək və problemlərin həllinə dəstək olmaq;
- Əməkhaqqı və motivasiya sistemlərinin hazırlanmasında iştirak etmək;
- Komanda ruhunu və işçi məmnuniyyətini artırmaq üçün təşəbbüslər irəli sürmək;
- İR proseslərini təkmilləşdirmək və daxili layihələrdə fəal iştirak etmək;
- Rəhbərlərə və əməkdaşlara İR məsələləri üzrə məsləhət vermək;
- Təşkilati strukturun formalaşdırılmasında struktur rəhbərləri ilə birgə işləmək;
- İR hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Korporativ qaydalara uyğun fəaliyyət göstərmək;
- Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
Namizədə Tələblər
- Ali təhsil (İnsan resursları, psixologiya, biznesin idarə olunması və ya əlaqədar sahələr üzrə);
- İnsan resursları sahəsində minimum 3 illik iş təcrübəsi
- Strateji düşüncə ilə yanaşı, əməliyyat detalları üzərində işləmək bacarığı.
- Güclü analitik düşüncə və qərarvermə bacarığı – məlumatlara əsaslanaraq düzgün istiqamət seçmək qabiliyyəti;
- Yüksək səviyyəli ünsiyyət və dinləmə bacarığı – əməkdaşlar və rəhbərlərlə açıq və etibarlı kommunikasiya qurmaq;
- Empatiya və ədalətlilik – işçilərin ehtiyaclarını dinləyərək balanslı yanaşmalar göstərmək;
- Məsuliyyətlilik və liderlik – təşəbbüs göstərmək, işə sahiblənmək və nəticəyə yönəlik çalışmaq;
- Komanda ruhu və əməkdaşlıq bacarığı – struktur daxilində birlik və bütövlüyə töhfə vermək;
- Dəyişikliklərin idarə olunmasında çevik və adaptiv yanaşma;
- Konfidensiallıq və etik prinsiplərə sadiqlik;
- Əmək qanunvericiliyi və insan resursları üzrə müvafiq proseslər haqqında dərin bilik;
- Təqdimat bacarığı və rəhbərliyə məntiqli şəkildə təsir edə bilmək qabiliyyəti;
- HR analitikası və performans göstəriciləri ilə işləmə təcrübəsi üstünlükdür.
- Texniki Bacarıqlar:
- MS Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı (xüsusilə Excel və Visio);
- HRM (İnsan Resurslarının İdarə Olunması) sistemləri üzrə təcrübə üstünlükdür;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; İngilis dili biliyi üstünlük hesab olunur.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək / 09:00-dan 18:00-dək
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- İş yeri: Bakı şəhəri
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İnsan Resursları üzrə Aparıcı Talant Partnyor” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.