Vertex
Elektrik mühəndisi/ Sahə Nəzarətçisi
Son tarix 25 dek 2025 - [email protected]
Komandamıza peşəkar və təcrübəli Elektrik mühəndisi/ Sahə Nəzarətçisi axtarılır.
Vəzifə Öhdəlikləri:
- Elektrik və mexanika işlərinə baxış və qiymətləndirmə ediməsi
- Layihə sahəsində işlərin düzgün və təhlükəsiz şəkildə icra olunmasına nəzarət etmək.
- İşçilərin gündəlik fəaliyyətini izləmək və koordinasiya etmək.
- Layihə planına uyğun iş qrafikinin həyata keçirilməsini təmin etmək.
- Təchizat, material və avadanlıqların düzgün istifadəsinə nəzarət etmək.
- İşçi təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına əməl olunmasını təmin etmək.
- Müştərilər ilə daimi ünsiyyət və layihə ilə bağlı koordinasiya təmin etmək.
- Müştəri və menecmentlə gündəlik hesabatların hazırlanması.
- Layihə sahəsində problem və gecikmələrin vaxtında həll edilməsi.
Tələblər:
- Vəzifə üzrə 8-10 il iş təcrübəsi.
- Azərbaycan dili sərbəst, İngilis dili yaxşı səviyyədə, Rus dili biliyi arzuolunandır.
- Sahə üzrə müvafiq sertifikatlar
- İş saatı: Həftənin 5 günü, 08:00–17:00.
- Kompüter proqramları üzrə yaxşı bilik (MS Office), AutoCAD üstünlükdür.
- Layihə idarəetməsi və komanda rəhbərliyi bacarığı.
- İş təhlükəsizliyi və əməyin mühafizəsi standartları haqqında bilik.
- Əla ünsiyyət və təşkilatçılıq bacarığı.
Təklif Edirik:
- Vəzifə üzrə əmək haqqı 1500 AZN
- Rəsmi əmək müqaviləsi
- İş şəraitinə uyğun avadanlıq və dəstək
- Peşəkar inkişaf imkanları: təlimlər, kurslar, yüksəlmə və bacarıqların artırılması üçün imkanlar.
- Əlavə iş saatları Azərbaycan qanunvericiliyinə uyğun ödənilməsi
Müraciət:
Diqqət: Yalnız vakansiyaya uyğun olan və qeyd olunan vəzifə öhdəliklərinə malik namizədlər öz CV-lərini mövzuda Elektrik mühəndisi/ Sahə Nəzarətçisi qeyd edərək Müraciət Et düyməsində göstərilən e-maili ünvanına göndərə bilərlər.










