Vəliev MMC
Nəqliyyat və xüsusi texnika şöbəsinin rəisi
Son tarix 16 iyl 2025 - [email protected]
Vəzifələr:
- Nəqliyyat vasitələrinin sənədlərinin müvafiq dövlət orqanlarından alınmasını təmin etmək
- Bütün Nəqliyyat vasitələrinin təmir və təqib proseslərinin təmin edilməsi
- Nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin alınmasını təşkil etmək
- Təmir və alqı-satqı ilə bağlı hesabatların rəhbərinə təqdim edilməsi
- Nəqliyyat vasitələrinin yanacaqla təminatı, kart balansının artırılması, yanacaq sərfiyyatları ilə bağlı hesabatın mühasibatlığa təqdim olunması
- Nəqliyyat vasitələrinə tətbiq edilmiş GPS sisteminə nəzarət, avtonəqliyyat vasitələrinin istiqamətlərinin izlənilməsi
- İşçi heyətin servislə təmin olunması və prosesin idarə edilməsinə nəzarət
- Yüklərin xaricə daşınması zamanı Nəqliyyat vasitələrinə lazımi sənədlərin alınması və hazırlanması;
- Nəqliyyat vasitələrinin daxili və xarici bazardan alışında iştirak etmək, uyğun rəylərin verilməsi;
- Sürücü və avtomobillərin günlük iş bölgüsünü aparmaq;
Namizəd üçün tələblər:
- Ali təhsilli
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Microsoft Excel, Microsoft Word komputer proqramlarında sərbəst işləmək bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- İngilis dili və Rus dili bilikərinin olması üstünlükdür.
- Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
- Nizam-intizamlı, məsuliyyətli olmalı.
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
İş şərtləri:
- Əmək haqqı: razılaşma yolu ilə
- İş yeri: Sumqayıt şəhəri
- Nahar müəssisə tərəfindən təşkil edilir.
- İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)
Namizədlərdən CV-lərini mövzu yerində “İR üzrə baş mütəxəssis” yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.