USG MMC
Aparıcı mühasib
Son tarix 21 noy 2024 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
- Mühasibatlıq sahəsində 5 il iş təcrübəsi
- Excel və 1C 8.3 proqramında işləmək bacarığı.
- PMS KOS/ MHBS sertifikatı azruolunandır
- Dil bilikləri: Azərbaycan və rus dillərində səlis danışıq
- Yaş həddi: 25-40
- Komandada işləmək bacarığı
- Məsuliyyətli və işində dəqiq
- Vergi Məcəlləsini bilməli
Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməsi.
Əmək Haqqı: 1700 - 2000 AZN
- İş Qrafiki: 5 günlük iş həftəsi
- Iş rejimi: 09:00 – 18:00
- İstirahət günü: Şənbə, bazar günləri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mühasib” göstərməyiniz xahiş olunur.