Unicapital
Daxili nəzarət üzrə mütəxəssis
Son tarix 07 fev 2026 - [email protected]
Vəzifə öhdəlikləri
- Cəmiyyətin müxtəlif strukturlarında mütəmadi yoxlamalar aparmaq və strukturların fəaliyyətinin qanunvericiliyə və daxili qaydalara uyğunluğuna nəzarət etmək;
- Cəmiyyətin əməliyyatlarına nəzarət etmək;
- Əməliyyatların qanunveriliciyə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- Cəmiyyətin fəaliyyətinin qanunvericiliyə və cəmiyyətdaxili qayda və prosedurlara uyğunluğunu təmin etmək;
- Pozuntularla bağlı dövri və növbədənkənar hesabatlar hazırlamaq;
- Nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlamaq və tətbiq etmək;
- Nəzarət üzrə beynəlxalq standartlar, qanunvericilik və cəmiyyətdaxili qaydalara uyğun olaraq təhlillərin aparılması və təkmilləşdirilməsi;
- Daxili nəzarət funksiyası ilə əlaqədar birbaşa rəhbərinin tapşırıqlarının icra edilməsi.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, maliyyə, idarəetmə, hüquq);
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Azərbaycan dili üzrə sərbəst bilik;
- İngilis və rus dillərindən ən azı biri üzrə yaxşı səviyyədə bilik
- Microsoft Office proqramlarını sərbəst istifadə etmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Pərakəndə satış və xidmət şöbəsinin mütəxəssis
Son tarix 07 fev 2026 - [email protected]
Vəzifə öhdəlikləri
- Cəmiyyətin pərakəndə müştərilər üçün nəzərdə tutulmuş məhsul və xidmətlərinin satışını təmin etmək;
- Cəmiyyətin müştəriləri qarşısında müsbət korporativ imicini formalaşdırmaq;
- Müştəri sorğularının Cəmiyyətin aidiyyəti struktur bölmələri tərəfindən cavablandırılmasını təşkil etmək;
- Pərakəndə müştəri bazarını araşdırmaq, yeni məhsullar haqqında məlumatları toplamaq və uyğun yeni təkliflər vermək;
- Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu qiymətləndirmək və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər hazırlayaraq Rəhbərliyə təqdim etmək;
- Pərakəndə müştərilərə birbaşa satış prosesini həyata keçirmək;
- Cəlb edilmiş müştərilərin xidmət nöqtələri üzrə bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;
- Müştəri məlumatlarının daxili elektron məlumat bazasına işlənilməsi;
- Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək;
Vəzifə üzrə tələblər
- Ali iqtisadi təhsil;
- Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
- Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək;
- İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Product Owner
Son tarix 07 fev 2026 - [email protected]
Struktur bölmə: Elektron ticarət platformalarının inkişafı şöbəsi
Vəzifə öhdəlikləri:
- Məhsulun biznes məqsədlərinə uyğun inkişaf strategiyasının formalaşdırılması və icrası
- Biznes tələblərinin toplanması, təhlili və prioritetləşdirilməsi
- Product Backlog-un yaradılması, idarə olunması və daim aktual saxlanılması
- Biznes tərəfi, IT komandası, dizaynerlər və digər maraqlı tərəflər arasında əlaqələndirici rolun icra edilməsi
- Funksional və qeyri-funksional tələblərin (təhlükəsizlik, performans, istifadəçi təcrübəsi və s.) müəyyən edilməsi
- Sprint planlama, refinement, review və retrospektiv görüşlərində aktiv iştirak
- İnkrementlərin biznes dəyəri baxımından qiymətləndirilməsi və qəbul edilməsi
- İstifadəçi təcrübəsinin (UX/UI) yaxşılaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi
- Rəqəmsal ticarət və investisiya platformaları üzrə bazar trendlərinin izlənilməsi
Namizədə tələblər:
- Product Owner və ya analoji vəzifədə minimum 1 il iş təcrübəsi
- Agile/Scrum metodologiyaları üzrə praktik biliklər (Scrum, Kanban)
- IT layihələrində biznes və texniki tələblərlə işləmə bacarığı
- Backlog idarəetmə alətləri ilə iş təcrübəsi (Jira, Confluence və ya analoji)
- Web və mobil platformaların işləmə prinsipləri barədə anlayış
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı
- Effektiv kommunikasiya və stakeholder management bacarıqları
- Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə
- Maliyyə, investisiya və ya e-commerce platformaları üzrə təcrübə üstünlükdür
Üstünlüklər:
- FinTech və ya investisiya platformalarında iş təcrübəsi
- API, mikroservis arxitekturası barədə ümumi anlayış
- UX/UI prinsipləri və istifadəçi yönümlü məhsul dizaynına maraq
- Data-driven yanaşma və məhsul metrikləri ilə işləmə bacarığı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əməliyyatlar şöbəsinin mütəxəssisi
Son tarix 07 fev 2026 - [email protected]
Vəzifə və öhdəliklər:
- Zəruri hallarda müvafiq ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək;
- Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyətə və əmək intizamına riayət etmək;
- Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
- Rəhbərliyə Şöbənin icraatında olan işlərin vəziyyətinə dair hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;
- Aparılan əməliyyatların (hesabların açılaması, hesablaşmalar, müştəri tapşırıqlarının icrası, dilinq və s.) daxili uçot sistemində qeydiyyata alınmasının təmin etmək, təmin edilməsini təşkil etmək və nəzarət etmək;
- Əməliyyat sənədlərinin saxlanılmasının təmin edilməsi;
- Müştərilərinin hesabatlarının və uçot sisteminin düzgünlüyünün təmin edilməsi, o cümlədən, mütəmadi olaraq onların qarşılıqlı uyğunluğunun yoxlanılması;
- Göstərilən xidmətlər üzrə açılan bütün hesabların monitorinqi;
- Xidmət istiqamətinə uyğun olaraq əlaqəli kontragentlərlə o cümlədən, nəzarət orqanı ilə kommunikasiyanın təşkili və aparılması;
- Məlumatların uçot sistemində düzgünlüyünü mütəmadi üzləşmələr yolu ilə yoxlamaq;
- Müxtəlif işçi qruplarının tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək;
- İşin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;
- Müvafiq əməliyyat sistemlərində və platformalarda hesabların açılması;
- Depozitar sistemində qiymətli kağızlarla əməliyyatların icrası;
- Əməliyyat sənədlərinin daxili prosedurlara müvafiq olaraq saxlanılması;
- Müştəri hesabatlarının hazırlanması və təqdim edilməsi;
Namizəd üçün tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il;
- İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
- Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
- Korporativ davranış normalarını bilmək;
- Azərbaycan dili üzrə sərbəst bilik;
- İngilis və Rus dilləri üzrə bilik üstünlükdür;
- Kollektivlə ünsiyyət qurmaq bacarığı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı
- Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmaq;
- Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
- MS Office (Excel/Word/Powerpoint və digər) yaxşı səviyyədə bilmək;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.










