Unibank
Kassa Müdiri (Şirvan filialı)
Son tarix 12 iyl 2025 - Müraciət et
Təsvir
- Kassada aparılan əməliyyatların Azərbaycan Respublikası Mərkəzi Bankının və Bankın daxili prosedur və qaydalarına, həmçinin Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyinə uyğun təşkil edilməsi;
- Kassanın icraatında olan işlərin Kassa xidmətləri üzrə mütəxəssislər tərəfindən keyfiyyətlə təşkil olunmasını təmin etmək və onların vaxtında icra olunmasına nəzarət etmək;
- Kassanın əməkdaşları tərəfindən əməyin mühafizəsi, sanitar-gigiyena və texniki təhlükəsizliklə əlaqədar tələblərə əməl edilməsinə nəzarət etmək;
- Nağd vəsaitlərin limitinə nəzarət etmək;
- Kassada rəsmiləşdirilmiş bütün sənədlərə cavabdeh şəxs olaraq nəzarət etmək;
- Müştərilərə xidmət göstərmək, mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək;
- Mübadilə əməliyyatlarının düzgün aparılmasını təmin etmək;
- Bankomatın və ödəniş terminallarının inkassasiyasını daxili prosedur və qaydalara uyğun təşkil etmək;
- Rəhbərliyə Kassanın icraatında olan işlərin vəziyyəti barədə hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr ali təhsili;
- ATM-lə işləmək üçün baza biliklərinə malik olmalı;
- Azərbaycan və rus dillərində sərbəst bilik;
- Kompüterdən yüksək səviyyədə istifadə etmək bacarığı (MS Office-Word, Excel, PowerPoint);
- Kollektivlə effektiv ünsiyyət qurma bacarığı;
- Yeniliklərə açıq, daim özünü inkişaf etdirən şəxs olmalı;
- Verilmiş materiallardan istifadə edərək təhlil aparmaq və işi yerinə yetirmək bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.