Unibank
Təşkilati inkişaf şöbəsinin Mütəxəssisi
Son tarix 06 noy 2023 - Müraciət et
Təsvir:
- Təşkilati İnkişaf üzrə menecerlə birlikdə Biznes strategiyasına uyğun olaraq Tİ strategiyasının dizaynının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Təlim büdcəsi və təlim proqramlarının hazırlanmasında fəal iştirak etmək;
- Bankın əməkdaşları iştirak edən bütün təlimlərin və seminarların təşkili və koordinasiyası;
- Keçirilən təlimlər üzrə təlim şirkətləri ilə müqavilələrin bağlanılması və ödənişlərin həyata keçirilməsi;
- Daxili və xarici təlim mənbələrini izləmək, Təlim və İnkişaf prosesləri ilə bağlı təkliflər təqdim etmək;
- Bankın yüksək potensial (HİPO) və davamçılıq siyasəti üzrə prosesin qurulması, ehtiyac olduqda dəyişikliklərin edilməsi və icrasının təmin edilməsi;
- Kadr hazırlığı və inkişafının ümumi səviyyəsini yaxşılaşdırmaq üçün müvafiq təkliflər vermək;
- Bankın davamçıların (successors) təlim və inkişaf proqramlarının hazırlanması və icrasının təmin edilməsi
- İstər distant, istərsə də canlı olaraq müxtəlif korporativ tədbirlər təşkil etmək;
- İşçilərin qeyri-maddi motivasiyası üçün təşəbbüslər təqdim etmək və müvafiq tədbirlər görmək;
- Bankın bütün daxili kommunikasiyasını (elanlar, xəbərlər, sorğular və s.) həyata keçirmək;
- Əməkdaşların adaptasiya prosesində iştirak etmək;
- Bütün sənədlərdə, elektron məlumat bazalarında müvafiq qeydləri və hesabatları aparmaq;
- Təşkilati İnkişaf meneceri tərəfindən digər tapşırıqları yerinə yetirmək;
- Əməkdaşların motivasiyasının artırılması üçün yeni təkliflərin verilməsi.
Tələblər:
- Ali təhsil;
- Mükəmməl kompüter bacarıqları (MS Excel, MS Power Point, Internet);
- Təşkilati və İnkişaf sahəsində ən azı 1 illik təcrübə;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilmək (ingilis dili biliyi üstünlükdür);
- Elan mətnlərin yazma qabiliyyəti və SMM bacarıqları;
- Böyük korporativ tədbirlərin təşkili bacarıqları və bu cür tədbirlərin təşkilində təcrübənin olması;
- Təqdimat hazırlma proqramlar ilə iş bacarığı;
- Özünü motivasiya etmək bacarığı, həvəs və nəticə yönümlülüyü;
- Güclü ünsiyyət, yüksək kommunikasiya qurma və təqdimat bacarıqları;
- Yüksək təşkilati bacarıqlar.