Göygöl Şərab Zavodu ASC
Növbətçi kimyaçı
Son tarix 13 okt 2024 - [email protected]
İş yeri Göygöl şəhərindədir və növbəlidir.
Əmək funksiyası:
- Istehsal prosesinə nəzarət: buğdanın üyüdülməsi,suslanın hazırlanması,fermentasiya prosesi,mayanın hazırlanması,brajkanin qıcqırması,rektifikasiya prosesi;
- Daxil olan materiallara giriş nəzarəti: fermentlər, kimyəvi maddələr;
- Xammala giriş nəzarəti: buğda;
- Xammal və köməkçi materiallardan nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
- Laboratoriya müdirinin rəhbərliyi və nəzarəti altında normativ sənədlərin tələblərinə uyğunluğu üzrə suyun (giriş, kationit, osmos, yumuşaldırımış su), etil rektifikat-spirtinin, spirt-su qarışığının laboratoriya tədqiqatlarını vaxtında və səmərəli aparmaq;
- Reaktiv, titrləmə məhlullarını tələb olunan vəziyyətdə saxlamaq, onların düzgün və səmərəli istifadəsinə nəzarət;
- Sınaq zamanı müşahidələri və nəticələri aydın şəkildə qeyd etmək;
- Sınaq zamanı keyfiyyət proseduralarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
- Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
- Daxili auditlərdə, laboratoriya daxili və laboratoriyalar arası müqaisəli sinaqlarda iştrak etmək;
- İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində bilavasitə laboratoriya rəhbərinə məlumat vermək;
- Laboratoriya rəhbərinin tapşırığı və nəzarəti altında nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
- Daxili nizamnamə və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri və öhdəlikləri vaxtında və səmərəli şəkildə yerinə yetirmək.
Tələblər:
- Kimya laboratoriyasında minimum 1 (üç) il iş təcrübəsi olanlara üstünlük verilir;
- Kimya ixtisası üzrə Ali təhsil (təhsil müəssisəsində ən azı 250 saat kimya)
- “Göygöl Spirt” MMC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
- “Göygöl Spirt” MMC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.
İş şəraiti:
- İş qrafiki: Növbəli
- Nahar fasiləsi 13:00 – 14:00, İşçilər naharla təmin olunur
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Mövzü yerinə “SPİRT Kimyaçı” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.