Ulduz Şokolad Fabriki
İxracat üzrə Mütəxəssis
Son tarix 03 apr 2026 - [email protected]
İş qrafiki: Həftənin 5 günü/ 08:00–17:00 / 08:30–17:30 / 09:00–18:00
Vəzifənin Məqsədi:
Şirkətin ixrac strategiyasının effektiv icrasını təmin etmək, xarici bazarlarda mövcudluğunu genişləndirmək, yeni beynəlxalq tərəfdaşlıqlar qurmaq və beynəlxalq satış həcminin davamlı artımına töhfə vermək.
Əsas Öhdəliklər:
- Xarici bazarların sistemli və analitik əsaslarla araşdırılması
- Potensial müştəri və distribyutorların müəyyənləşdirilməsi və qiymətləndirilməsi
- Yeni müştərilərin cəlb edilməsi və aktiv satış prosesinin idarə olunması
- Qiymət siyasəti, müqavilə şərtləri və logistika məsələləri üzrə kommersiya danışıqlarının aparılması
- Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması
- Razılaşdırılmış sifarişlərin icrasına və çatdırılma prosesinə nəzarət
- Xarici müştərilərlə uzunmüddətli və dayanıqlı əlaqələrin qurulması
- İxrac göstəricilərinin təhlili və rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi
Namizədə Tələblər:
- Ali təhsil
- Rus dili və ya Ərəb dili – yüksək səviyyədə (yazılı və şifahi)
- İxrac və ya beynəlxalq satış sahəsində minimum 2 il iş təcrübəsi
- Güclü satış və danışıqlar aparmaq bacarığı
- Analitik düşünmə və bazar təhlili qabiliyyəti
- Korporativ yazışma və işgüzar ünsiyyət bacarığı
- Nəticəyönümlülük və yüksək məsuliyyətlilik
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
Namizədə Təklif Olunur:
- Sabit əməkhaqqı: 1698.29 AZN (Gross)
- Aylıq KPİ bonusu: Performansa əsaslanan, bazarda rəqabətqabiliyyətli bonus sistemi.
- Nahar ödənişi
- Nəqliyyat servisi
- İl ərzində sahə üzrə peşəkar təlimlərdə iştirak imkanı
- Udemy platformasından istifadə imkanı
Vacib Qeyd: Bu vəzifə üzrə aktiv satış təcrübəsinə malik, hədəf və nəticə ilə işləməyi bacaran, yeni müştəri qazanmaqda real uğur göstəriciləri olan namizədlərin müraciəti gözlənilir. Satış yönümlü düşüncə tərzi, təşəbbüskarlıq və kommersiya danışıqlarını effektiv idarə etmək bacarığı əsas seçim meyarıdır.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.












