TuranBank ASC
Maliyyə Menecmenti Departamentinin, Hesabat və Statistika şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix 21 fev 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Mərkəzi Bank, Statistika və digər qurumlara hesabatların hazırlanması
 - Bankdaxili hesabat və sorğularının vaxtında cavablandırılması;
 - Şöbənin funksiyasından irəli gələn digər işlər
 
Tələblər:
- Ali təhsil
 - Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dili;
 - Bankda müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
 - Analitik düşünmə qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə bacarığı;
 - Məsuliyyətlilik, operativlik və dəqiqlik;
 - Komanda ilə işləmək bacarığı;
 - Beynəlxalq təcrübə tələb edən digər bilik və keyfiyyətlər (ACCA arzu olunandır);
 - Kompüter bilikləri: Excel, Word və digər ofis proqramları, (sql bilikləri arzuolunandır).
 
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
İnformasiya təhlükəsizliyi həlləri və insidentlərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 21 fev 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Banka aid informasiyanın məxfiliyi, bütövlüyü və əlçatanlığını təmin etmək;
 - İnformasiya sistemlərini və məlumatları icazəsiz girişdən, informasiya sızmasından qoruyan nəzarət vasitələri tətbiq etmək;
 - İnformasiya sistemlərinin təhlükəsizliyi risklərinin periodik qiymətləndirilməsini təşkil etmək;
 - Baş vermiş əsas təhlükəsizlik insidentlərini araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək;
 - Bankın məlumatlarının, sistemlərinin və şəbəkələrinin qorunması üçün təhlükəsizlik tədbirlərini planlaşdırmaq, həyata keçirmək və təkmilləşdirmək;
 - Təhlükəsizliklə əlaqədar lazımi nəzarət vasitələrini/tədbirlərini təmin etmək üçün İT komandası, kənar xidmət təminatçıları və məsləhətçilər ilə sıx əməkdaşlıq etmək;
 - Vəzifə üzrə təyin edilən nəzarətlərin və ya xəbərdarlıqların monitorinqi və idarə edilməsi;
 - Şəbəkə, sistemlər və digər rəqəmsal infrastruktura bağlı aktivlərdə gündəlik monitorinqinin aparılması təhdid doğurucu vəziyyətlərin aşkarlanması üçün yoxlamaların aparılması və (günlük, həftəlik, aylıq, rüblük, illik və s.) hesabatların hazırlanması və təqdim edilməsi;
 - İnsident baş verdikdə hesabatların tərtib və təqdim edilməsi. İnsidentlərin idarə edilməsi;
 - Fors-major hallarda işləmək
 
Namizədə tələblər:
- Müvafiq sahədə ali təhsil ;
 - Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməli (Rus dili arzuolunandır );
 - Şəbəkə və Şəbəkə Təhlükəsizliyi üzrə minimum 2-3 il iş təcrübəsi;
 - Şəbəkə avadanlıqları, protokolları, portları, kriptoqrafiya, ümumi şəbəkə təhlükəsizliyi haqqında və şəbəkə texnologiyaları üzrə dərin biliklərə sahib olmalı;
 - Şəbəkə avadanlıqlarının L2,L3,L4 tənzimləmələrinin dəqiqliklə yoxlanılması, şəbəkədə uyğunsuzluqların və təhlükəsizliyin araşdırılması
 - Active Directory, LDAP, DNS və DHCP haqqında biliklər;
 - Kiber və İnformasiya Təhlükəsizliyi müdafiə mexanizmlərı haqqında biliklər (IDS/IPS, DLP, SIEM, Endpoint Security, Privileged Access Management);
 - NGFW administrasiyası -Paloalto,Fortigate;
 - WAF administrasiyası və mövcud “Web Application”-ların təhlükəsizliyinin təhlili;
 - NAC üzrə biliklər və iş təcrübəsi;
 - ISO 27k seriyası, NIST CSF, COBIT, PCI DSS və s. kimi informasiya təhlükəsizliyi standartları və qaydaları haqqında anlayışın olması;
 - Tələb olunan Beynəlxalq Sertifikatlar (CCNA,PCNSA,Comptia Security+/Network+,CySa+)
 - Secure Email Gateway administrasiyası
 - VPN rabitələrinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə müasir tələblərin icrasi.
 - Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
 - Komandada işləmək bacarığı.
 
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







