TuranBank ASC
İnformasiya Texnologiyalarının İdarə Edilməsi şöbəsinin aparıcı/baş mütəxəssisi
Son tarix 12 iyn 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Bankın İT idarəetmə çərçivəsinin formalaşdırılması, tətbiqi və davamlı təkmilləşdirilməsi;
- İT siyasətləri, prosedurları və standartlarının hazırlanması, yenilənməsi və icrası üçün metodoloji yardım göstərmək;
- İT proseslərinin yetkinlik səviyyəsinin yüksəldilməsi üzrə təkliflərin verilməsi;
- İT aktivlərinin və sistemlərinin idarə olunması üzrə nəzarət mexanizmlərinin tətbiqi;
- Müvafiq standart və çərçivələrə (COBİT, İTİL və s.) uyğunluğun təmin edilməsi;
- İT layihələrinin idarə olunması proseslərində iştirak;
- İT xidmətlərinin keyfiyyət göstəricilərinin monitorinqi və hesabatların hazırlanması;
- İT idarəetmə üzrə analitik hesabatların hazırlanması və təqdim edilməsi;
Tələblər:
- Yaş həddi: 25 - 45
- Müvafiq sahədə ali təhsil (texnoloji və ya biznes idarə edilməsi istiqamətlərində)
- Azərbaycan dilində səlis danışıq və qramatik cəhətdən düzgün yazı yazma bacarığı
- İngilis dili biliyi (texniki səviyyədə)
- İT idarəetmə və nəzarət çərçivələri üzrə biliklər (COBİT, İTİL və s.)
- Risklərin qiymətləndirilməsi və idarə olunması metodologiyaları üzrə biliklər
- İT siyasətləri, prosedurları və standartlarının hazırlanması və tətbiqi üzrə biliklər
- Şəbəkə infrastrukturu, sistem arxitekturası və informasiya sistemləri üzrə ümumi biliklər
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Diqqətlilik və məsuliyyətlilik
- Komanda ilə işləmə və koordinasiya bacarığı
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Bank və ya maliyyə sektorunda təcrübəyə üstünlük verilir)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 510-79-11/22















