TIM Group
İnsan Resursları üzrə Mütəxəssis
Son tarix 21 noy 2023 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil
- IR sahəsində minimal 1 il iş təcrübəsi
- İnsan Resursları üzrə karyera hədəfli olmalı
- Həssas və məxfi məlumatları idarə etməyi bacarmaq;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilməli
- Microsoft office programlarından sərbəst istifadə bacarığı
- Azərbaycan dilində səlis aydın danışmalı, rus və ingilis dilini bilməsi arzuolunandır
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
- Yenilikləri və trendləri izləməli
- Yaradıcı, innovativ və strateji düşünmə bacarığı
- Stressədavamlı, məsuliyyətli, və inkişafa meyilli olmalı
İş barədə məlumat:
- Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
- Vakansiya elanlarının hazırlanması, iş portallarında yerləşdirilməsi;
- İş elanlarının müddətlərinin izlənilməsi;
- Namizədlərin cəlbi üçün yeni metodların və qaynaqların araşdırılması və tətbiqi;
- Daxil olan CV-lərin vəzifələr üzrə qovluqlara bölüşdürülməsi;
- Namizədlərin təqdim etdiyi məlumatların vakansiya tələblərinə uyğunluğunun yoxlanılması;
- İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
- Namizədlərlə görüşlərin təşkili və keçirilməsi;
- Müsahibə nəticələri barədə namizədlərin məlumatlandırılması;
- İş təklifi formalarının hazırlanması və seçilmiş namizədlərin elektron poçt ünvanına göndərilməsi;
- Vakansiyalarla bağlı struktur rəhbəri ilə işin təşkilinin aparılması;
- Gələcəkdə vakant yerlər üçün potensial namizədlərin məlumat bazasının saxlanılması;
- Açıq vakansiyalara dair hesabatların daim yenilənməsi;
- İşə qəbul prosesi ilə bağlı yekun hesabatların hazırlanılması;
- Yeni işə qəbul edilmiş namizədin şəxsi işinin hazırlanılması;
- İşə qəbul qaydalarının, prosedurlarının tərtib edilməsində iştirakı;
- Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirakı;
- Yeni işçilərin yerləşdirilməsi ilə bağlı prosedura uyğun tədbirlərin görülməsi;
- İşdən azad olunan işçilərə son haqq-hesabın verilməsi, işçiyə verilən imtiyazların geri alınmasına - nəzarət edir
- İşçilərin məlumat bazasını yaradılmasına və daim yenilənməsinə nəzarət edir
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir
- İşçilərin sınaq müddətlərinin izlənilməsi, işçinin aid olduğu struktur vahidlərinə sınaq müddətinin dəyərləndirmə formalarının göndərilməsi;
- Müxtəlif yazılı və şifahi müraciətlərin cavablandırılması;
- Egov və İSB portalında əməliyyatların aparılması;
- İşə qəbul, işdən azad, vəzifə, struktur və əmək haqqı dəyişikliyi, intizam tənbehi, mükafat və ümumi əmrlərin yazılması və portala daxil edilməsi
- İşə qəbul olan işçilərin əmək haqqı kartı və giriş-çıxış kartlarının hazırlanmasını təmin etmək;
İş şəraiti: Dəmirçi Plaza, 23-cü mərtəbə
İş qrafiki: Bazar ertəsi - Cümə 09:00-dan 18:00-dək
Əmək haqqı aralığı: 700-1100 AZN
Qeyd: Daim öz üzərində çalışan, bilik və bacarıqlarını mütəmadi artıran, sektorun yeniliklərini izləyən və inkişaf etmək niyyətində olan namizədlər üçün qısa müddətdə karyera yüksəlişi imkanı mövcuddur.