Technoil LLC
Tenderlər üzrə mütəxəssis
Son tarix 09 noy 2024 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi;
- Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi; yazışmaların və danışıqların aparılması;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
- Tender prosesi zamanı şirkətin təmsil olunması;
- Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması;
Namizədə qarşı tələblər:
- Ali təhsil
- Müvafiq sahədə min. 2 il iş təcrübəsi;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq və səliqədə tutmaq
- Məsuliyyətlilik, problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
- MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti;
- Kommunikasiya və biznes ünsiyyət bacarığları
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş saatı 08:30-17:30-dək
- Nahar vaxtı 12:00-13:00-dək
- Əmək haqqı: 1000-1200 AZN
- AR ƏM-ə uyğun rəsmiləşmə
Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 76-cı məhəllə
Uyğun namizədlər qeyd edilmiş e-mail ünvanına “Tenderlər üzrə mütəxəssis” yazaraq CV-lərini göndərə bilərlər.