Tam Store
Təhlükəsizlik rəisi
Son tarix 11 iyn 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Retail şəbəkəsi üzrə təhlükəsizlik sisteminin təşkili və idarə olunmasının təmin edilməsi;
- Mağazalarda təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edilməsi;
- Maddi dəyərlərin qorunması və itkilərin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi;
- Təhlükəsizlik risklərinin müəyyən edilməsi və minimallaşdırılması istiqamətində fəaliyyət göstərilməsi;
- Videomüşahidə, giriş-çıxış və digər təhlükəsizlik sistemlərinin işinə nəzarət edilməsi;
- Fövqəladə hallar zamanı operativ tədbirlərin görülməsi və prosesin idarə olunması;
- Təhlükəsizlik əməkdaşlarının fəaliyyətinin təşkili, koordinasiyası və nəzarətdə saxlanılması;
- Daxili araşdırmaların aparılması və rəhbərliyə hesabatların təqdim edilməsi;
- Təhlükəsizlik sahəsində daxili prosedur və qaydaların hazırlanması və tətbiqinin təmin edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Təhlükəsizlik sahəsi üzrə nəzəri bilik və praktiki iş təcrübəsi;
- Risklərin idarə olunması və operativ qərarvermə bacarığı;
- Komanda idarəetməsi və liderlik qabiliyyəti;
- Analitik düşünmə və problem həll etmə bacarıqları;
- Videomüşahidə və təhlükəsizlik sistemləri ilə işləmə bacarığı;
- Məsuliyyətlilik, çeviklik və stresə davamlılıq;
- MS Office proqramlarında işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil;
- Təhlükəsizlik sahəsində minimum 3–5 il iş təcrübəsi;
- Retail sahəsində iş təcrübəsinin olması üstünlükdür;
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təhlükəsizlik rəisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.















