Tam Store
Təchizat Zənciri Layihələri üzrə Şöbə Rəhbəri
Son tarix 21 dek 2025 -
Əsas vəzifə öhdəlikləri:
- Logistika və distribusiya prosesləri üzrə SƏP və daxili siyasətlərin hazırlanması, yenilənməsi və əməliyyatlara uyğunlaşdırılması;
- Müxtəlif biznes sahələrini əhatə edən layihə və təşəbbüslərin planlaşdırılması, idarə edilməsi və nəticələrinə nəzarət;
- Proseslər üzrə KPI-ların müəyyən edilməsi, tətbiqi, monitorinqi və nəticələr əsasında inkişaf tədbirlərinin görülməsi;
- Əməliyyat proseslərinə nəzarət, proses boşluqlarının aşkar edilməsi və tənzimlənməsi;
- Gündəlik layihə fəaliyyətlərinin, resursların və komanda əməkdaşlığının koordinasiyası;
- Proseslərin səmərəliliyinin artırılması üçün optimallaşdırma işləri və inkişaf istiqamətlərinin müəyyən edilməsi;
- Proseslərdən əldə olunan məlumatların analizi, hesabatların hazırlanması və qərarvermə üçün analitik dəstək;
- Müxtəlif proses təkmilləşdirmə layihələrində aktiv iştirak və yeni həllərin tətbiqi;
- Aidiyyəti şöbələrin əməkdaşlarının proseslər üzrə təlimləndirilməsi və tətbiqə dəstək;
- Proseslərin korporativ standartlara və əməliyyat tələblərinə uyğunluğunun təmin edilməsi;
- Proseslərlə bağlı trendlərin izlənməsi, yeni texnoloji və metodoloji inkişaf imkanlarının araşdırılması;
- Manual əməliyyatların avtomatlaşdırılması və rəqəmsal həllərin tətbiqi ilə iş səmərəliliyinin artırılması.
Tələb olunan bilik və bacarıqlar:
- Təchizat zənciri idarəçiliyi və optimallaşdırılması;
- Logistika planlaşdırması və resursların səmərəli idarəsi;
- Risk idarəçiliyi və operativ qərar qəbul etmə bacarığı;
- Strateji düşüncə və problem həll etmə bacarıqları;
- Vaxtın idarə olunması və prioritetləşdirmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil;
- Təchizat və Logistika sahəsində minimum 4 il.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
- Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat Zənciri Layihələri üzrə Şöbə Rəhbəri” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.











