Synergy Partnership
PR Menecer
Son tarix 20 mar 2026 - [email protected]
Əgər kommunikasiya sənin güclü tərəfindirsə, media ilə işləməyi sevirsənsə və strateji düşünmə bacarığına sahibsənsə, komandamıza qoşula bilərsən.
Tələblər:
- PR sahəsində iş təcrübəsi
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı
- Kopiraytinq bacarığı (press-reliz, açıqlama, reklam və korporativ mətnlər)
- Gərgin iş tempində operativ və məsuliyyətli çalışma bacarığı
Öhdəliklər:
- PR strategiyalarının hazırlanması və icrası
- Media ilə effektiv əlaqələrin qurulması və idarə olunması
- Press-reliz, açıqlama və digər kommunikasiya materiallarının hazırlanması
- Media tədbirlərinin təşkili və koordinasiyası
- Media sorğularının cavablandırılması
- Müştərilər üçün PR təklif və təqdimatlarının hazırlanması
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.












