Stadler Service Azerbaijan
Elektrik (Sumqayıt Dəmir Yolu Vağzalı, sürət qatarları üzrə)
Son tarix 19 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
Elektrosistemlərin montajı və texniki xidməti:
- Hərəkətdə olan tərkibdə və depoda elektrik şəbəkələrinin və avadanlıqların quraşdırılması, xidməti və təmiri. İşıqlandırma sistemləri, güc kabelləri və qoruyucu sistemlərin sazlanması və işlək vəziyyətinin yoxlanılması; Qatarların mexaniki elementlərinin və hərəkət hissələrinin texniki xidmətini göstərmək;
Yoxlama və diaqnostika:
- Elektrik nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
- Elektrik sxemlərinin və komponentlərinin işlək vəziyyətini yoxlamaq üçün ölçü cihazlarından istifadə etmək;
- Montaj və işə salma işlərini icra etmək;
Elektrik komponentlərinin təmiri və əvəz olunması:
- Kabellərin, sığortaların, relelərin, kontaktorların və digər elektrik elementlərinin dəyişdirilməsi.
- Hərəkətdə olan tərkibdə və infrastrukturda naqillərin və açar qurğularının təmiri;
Təhlükəsizliyin təmin olunması:
- İşlərin icrası zamanı təhlükəsizlik normalarına və standartlarına riayət etmək, yüksək gərginliklə işləyərkən ehtiyat tədbirlərinə əməl etmək.
Tələblər:
- Ali və ya orta ixtisas (texniki) təhsili;
- Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
- Rus və ya ingilis dili biliklərinə üstünlük verilir;
- Stressə davamlılıq;
- Məsuliyyətlilik;
- Komandada işləmək bacarığı;
- İntizamlılıq.
Şərtlər:
- İş qrafiki: gecə növbəsi;
- İş yeri: Sumqayıt şəhəri (bu şəhərdə yaşayan namizədlərə üstünlük verilir);
- Əmək haqqı: net 1300 AZN, gələcəkdə artım nəzərdə tutulmuşdur;
Tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Elektrik (Sumqayıt Dəmir Yolu Vağzalı )” qeyd etməklə CV göndərməkləri xahiş olunur.
e-mail: [email protected] , [email protected]