Sea Breeze Construction
Sahə Rəisi
Son tarix 09 yan 2025 - [email protected]
“Sea Breeze Construction” MMC Sahə rəisi vakansiyasını elan edir:
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsinin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək;
- Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
- İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
- Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcminə, əmək məhsuldarlığına nəzarət etmək, ustalara, icrası nəzərdə tutulan tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
- Subpodrat (xüsusiləşdirilmiş) təşkilatların gördükləri işlərə nəzarət etmək və bitmiş işləri təhvil almaq;
- İşçilərin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər vermək, kollektivdə tərbiyəvi iş aparmaq, fəhlələrin ixtisas artırmasını təşkil etmək;
Namizədə tələblər:
- İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
- 3 ildən artıq müvafiq sahədə iş təcrübəsi;
- Tikinti norma və qaydalarına dair biliklər;
- Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilməlidir;
- Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
- Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməlidir;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı.
İş yeri:
- Nardaran qəsəbəsi, Sea Breeze Resort & Residences.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı:
- I-VI günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:
Sahə Memarı
Son tarix 09 yan 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) yoxlanılması, lazım olan layihə dəyişikliyinin işlənib hazırlanmasının həyata keçirilməsi;
- Bina və tikililərin və s. memarlıq layihələrinin və baş planların lazımi düzəlişlərinin işlənib hazırlanması, işlərin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasının təmin edilməsi;
- Layihələndirmə işləri üçün tərtib ediləcək layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativlərə uyğunluğunun təmin edilməsi;
- Tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərinin, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsi işlərində memari həcmlərin hesablanmasının təmin edilməsi;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasının təmin edilməsi;
- Layihə olunmuş obyektlərin subpodratçı şirkətlər tərəfindən tikintisinə müəllif nəzarəti etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi;
- Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək;
Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrinin tərtib edilməsi;
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Rus və ingilis dili pre-intermediate səviyyədə;
- Archicad, Autocad, 3D Max, Sketcup bilikləri, xüsusilə, əl ilə Sketchup çəkməyi bacarmaq;
- BOQ ve Specification duzəltmək;
- Interior bitiş detalları həlli verə bilmək bacarığı;
- Komanda ilə işləmək bacarığı.
İş yeri:
- Nardaran qəsəbəsi, Sea Breeze Resort.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı:
- I-VI günlər.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron poçt ünvana CV göndərə bilərlər.
Memar
Son tarix 09 yan 2025 [email protected]
Tələblər:
- AutoCA, ArchiCad proqramlarında sərbəst işləmək bacarığı;
- Eskiz layihə işləmək bacarığı;
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
Əlavə məlumat:
- Əmək haqqı: 1000 AZN.
- İş qrafiki: 5 günlük iş qrafiki ilə təyin olunur. Şənbə, Bazar istirahət günləridir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər:
Layihəçi Memar
Son tarix 09 yan 2025 - [email protected]
“Sea Breeze Construction” MMC Layihəçi memar vakansiyasını elan edir:
Əmək haqqı: 2000 AZN.
Vəzifə öhdəlikləri:
- Qəbul olunmuş texniki tapşırıqlar əsasında memarlıq işçi layihələrinin tərtib edilməsi və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
- Layihələrin dövlət ekspertizasında müdafiə edilməsi, layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
- Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsinin, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materialla uyğun olmasını təmin etmək;
- Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanı tərtib etmək, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materiallarını müəyyən etmək;
- Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirmək, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3 il təcrübə;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- BOQ ve Specification duzəltmək;
- İşində ciddi, diqqətli və məsuliyyətli;
İş yeri:
- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı:
- I-VI günlər, 09:00-18:00.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər.