Sea Breeze Construction
Qarabağ (Füzuli) layihələri üzrə Texniki ofis mühəndisi
Son tarix 13 mar 2026 - [email protected]
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
- Tikinti-quraşdırma işlərinin həcminin, habelə təsdiq edilmiş layihə-smeta sənədlərinin strukturlarının, işçi heyətinin, tikinti norma və qaydalarının, standartların, texniki şərtlərin yoxlayır;
- Tenderlər keçirilərkən ilkin müqavilə qiyməti təklifinin hazırlanmasını və tətbiq metodologiyaların əsaslandırılmasını icra edir;
- Sahələrdən daxil olan texniki hesabatları yoxlayır;
- Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərini yoxlayır;
- BOQ hazırlanmasını icra edir;
- Tikinti zamanı ortaya çıxan dizayn həllərindəki dəyişikliklərin nəzərdən keçirilməsində və təsdiq edilməsində iştirak edib, dəyişikliklərin qeydiyyatını arxivləşdirilməsini təşkil edir;
- Proseslərin bütün gedişatı ilə bağlı birbaşa rəhbərinə mütəmadi məruzə edir;
- Tender paketləri hazırlanması zamanı layihələrə aid verilmiş texniki tapşırıqların və spesifikasiyaların analizinin aparır;
Namizədə tələblər:
- Ali texniki təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Kompüter bilikləri: Microsoft Office (Word, Excel, Power Point, Outlook), AutoCAD, ArchiCAD, Revit və Sketch UP proqramlarından anlayışının olması;
Əlavə məlumat:
- İş yeri: Füzuli rayonu, Pirəhmədli kəndi
- Nəqliyyat servisi və nahar şirkət tərəfindən təmin olunur.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana CV göndərə bilərlər.
Qarabağ (Füzuli) layihələri üzrə Sahə rəisi
Son tarix 13 mar 2026 - [email protected]
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsinin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək;
- Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
- İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
- Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcminə, əmək məhsuldarlığına nəzarət etmək, ustalara, icrası nəzərdə tutulan tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
- Subpodrat (xüsusiləşdirilmiş) təşkilatların gördükləri işlərə nəzarət etmək və bitmiş işləri təhvil almaq;
- İşçilərin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər vermək, kollektivdə tərbiyəvi iş aparmaq, fəhlələrin ixtisas artırmasını təşkil etmək;
Namizədə tələblər:
- İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
- 3 ildən artıq müvafiq sahədə iş təcrübəsi;
- Tikinti norma və qaydalarına dair biliklər;
- Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilməlidir;
- Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
- Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməlidir;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı.
İş yeri: Füzuli rayonu, Pirəhmədli kəndi
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana CV göndərə bilərlər.
Qarabağ (Füzuli) layihələri üzrə Sahə mühəndisi
Son tarix 13 mar 2026 - [email protected]
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
- İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- Təmir-tikinti işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Təmir-tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- Təmir-tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
- İşlərə mühəndislik baxımından rəhbərlik etmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- 3 ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
- Kompyuter bilikləri - MS office, Word, Excell, AutoCad;
- Komandada işləmək bacarığı;
İş yeri: Füzuli rayonu, Pirəhmədli kəndi.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana CV göndərə bilərlər.











