Sea Breeze Resort & Residences
Su təchizatı və kanalizasiya sistemləri üzrə layihəçi mühəndis
Son tarix 05 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müxtəlif təyinatlı bina və qurğuların tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi, layihə-smeta sənədlərinin (BoQ) hazırlanması;
- Yanğın su təchizatı sistemlərinin layihələndirilməsi, layihə-smeta sənədlərinin (BoQ) hazırlanması;
- Texniki hesabatların hazırlanması;
- Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələndirmə proqram paketindən istifadə etməsi;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirməsi;
- Tender sənədlərinin toplusuna aid sənədlərin hazırlanmasında iştirak etmək;
- Layihədə baş verən gecikmələrin qarşısının alınması üçün monitorinq keçirmək, mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
- Layihə-smeta sənədləri üzrə podratçı təşkilatlardan rəylərin alınması, iradların aradan qaldırılması və müvafiq qurumlarda layihənin müdafiəsini təmin edilməsi.
Namizədə tələblər:
- Ali təhsil (müvafiq sahədə);
- Mühəndis vəzifəsində 3-5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
- Kompüter bilikləri - MS Office, Word, Excell, AutoCAD;
- BİM layihələrində iştirakı arzuolunandır;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.
İş barədə məlumat:
- İş qrafiki: 10:00-19:00, həftə içi 5 gün;
- Əmək haqqı: 1800-2000 AZN;
- İş yerinə Koroğlu metrosundan çatdırlma;
- Nahar şirkət tərəfindən təmin edilir.
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron poçt ünvanına mövzu hissəsində “Su təchizatı və kanalizasiya sistemləri üzrə layihəçi mühəndis” qeyd etməklə göndərə bilərlər.
Referent/ Katibə
Son tarix 03 yan 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- Yüksək rəhbərliyə hesabat vermək, katiblik və inzibati vəzifələri yerinə yetirmək;
- Hesabatları, sənədləri və təqdimatları çap etmək, formatlaşdırmaq və redaktə etmək;
- Məlumatların daxil edilməsi, verilənlər bazalarının saxlanması və qeydlərin aparılması;
- Daxili departamentlərlə əlaqə saxlamaq, zənglərə cavab vermək və lazımi tədbirləri görmək;
- Yüksək rəhbərlik adından daxili və xarici yazışmaların idarə edilməsi;
- Görüşlərin planlaşdırılması,tədbirlər təqviminin aparılması və xatırlatmaların göndərilməsi;
- Tələb olunarsa, planlaşdırılan tədbirlər üçün şəraitin hazırlanması təşkili;
- Ofis ləvazimatlarının sifarişi və dəyişdirilməsi, həmçinin poçt və kuryer xidmətlərinin idarə edilməsi;
- Rəhbərlik tərəfindən verilən hər hansı digər vəzifələri yerinə yetirmək.
Namizədə tələblər:
- Ali təhsil;
- İnzibati işlər və kargüzarlıq sahəsində 3-4 il iş təcrübəsi;
- MS Office proqramları üzrə yüksək səviyyədə biliklər;
- Azərbaycan və Rus dilləri səlis və ingilis dilində yaxşı bilik.
- Ofis idarəçiliyi prosedurları və mühasibatlıq prinsipləri ilə tanışlıq;
- Mükəmməl planlaşdırma ilə güclü inzibati bacarıqlar və detallara diqqət yetirməklə güclü təşkilatçılıq bacarıqları;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Detallara və dəqiqliyə yüksək diqqət.
Əlavə məlumat:
- Əmək haqqı - 1000 AZN (nett);
- AR-nın Əmək Məcəlləsinə əsasən işə qəbul;
- İş yeri: Badamdar qəsəbəsi;
- İş vaxtı: 5/2 günlük iş qrafiki ilə təyin olunur.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.