Sara Invest Holding
Marketinq üzrə mütəxəssis
Son tarix 06 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Marketinq planını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Satış və marketinq KPİ nəticələrinin monitorinqı və hesabatı;
- Marketinq tədqiqatların aparılmasını, onun üçün zəruri olan informasiyanın toplanılmasını, işlənməsini və marketinq informasiya sisteminin yaradılmasını təşkil etrmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər vermək;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil etmək;
- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onların nəzarətini və təhlilini aparmaq;
- Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək;
Tələb və bacarıqlar:
- Təhsil dərəcəsi: Müvafiq və ya bənzər sahə üzrə Ali təhsil
- Xarici dil bilikləri: Azərbaycan dili - əla, Rus dili və Ingilis dili (arzuolunandadır)
- Əlavə təlim/sertifikasiyası: Data analitika üzrə sertifikatlar
- Kompüter proqramlarının biliyi: Excel (advanced) SQL və ya Python arzuolunandır
- İş təcrübəsi: Minimum 3 il
- Şəxsi xüsusiyyətlər: Analitik düşüncə, nəticə yönümlü, komandada işləmək bacarığı, dəqiqlik, kreativlik
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş vaxtı 9.00-dan 18.00-dək
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı 1200-1500 AZN