Samwood Group
Operations Manager (İstehsal - fanera və sənaye məhsulları və əməliyyatlar üzrə menecer)
Son tarix 12 may 2026 - [email protected]
Yer: Sumqayıt
Vəzifənin məqsədi
- İstehsalın planlı, fasiləsiz və effektiv idarə olunmasını təmin etmək, məhsuldarlığı artırmaq və keyfiyyət standartlarını stabil səviyyədə saxlamaq.
Əsas vəzifələr
- İstehsal planlamasını qurmaq və icrasını təmin etmək (aylıq / həftəlik / gündəlik planlar)
- Plan vs fakt analiz aparmaq və gecikmələrin səbəblərini aradan qaldırmaq
- Təchizat (material axını) sistemini idarə etmək və istehsalda dayanmanın qarşısını almaq
- Zavod daxilində prosesləri optimizasiya etmək (CNC, press, boya, yığım və s.)
- Keyfiyyətə nəzarət sistemini qurmaq və brak səviyyəsini minimuma endirmək
- KPI əsaslı işçi idarəetmə sistemi tətbiq etmək (bonus / cərimə mexanizmi)
- Gündəlik istehsal iclaslarını təşkil etmək və operativ qərarlar vermək
- İstehsalat xərclərini analiz etmək və optimizasiya imkanlarını tətbiq etmək
Tələblər
- Minimum 5 il istehsalat sahəsində idarəetmə təcrübəsi
- 30+ işçidən ibarət komandaya rəhbərlik təcrübəsi
- Production Planning (PPC), Material Planning (MRP) və KPI sistemləri üzrə praktiki bilik
- Zavod proseslərini (emal, montaj, boya və s.) başa düşmək
- Problemləri analiz edib operativ həll etmə bacarığı
- Nəticə yönümlü və tələbkar yanaşma
Üstünlüklər
- Mebel, fanera, ağac emalı və ya istehsal sektorunda təcrübə
- Lean Manufacturing və ya proses optimizasiya təcrübəsi
- ERP / Excel ilə işləmə bacarığı
Təklif edirik
- Rəqabətli maaş (1500 – 3000 Azn + bonus sistemi)
- KPI əsaslı əlavə gəlir imkanı
- Böyüyən sənaye şirkətində yüksək vəzifə perspektivi
- Real qərarvermə və idarəetmə səlahiyyəti
Vacib qeyd - Bu vəzifə yalnız nəticə yönümlü, sistem qura bilən və komandanı effektiv idarə edə bilən namizədlər üçündür. Sadəcə nəzəri bilik kifayət deyil – praktiki nəticə tələb olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: “Operations Manager”
Əlaqə: +994 10 241 91 71 Gülər xanım














