Sabah Investment Group
Document Controller
Son tarix 28 dek 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- İnşaat Layihələri üzrə bütün texniki və inzibati sənədlərin qeydiyyatını aparmaq.
- Sənədlərin müvafiq şablonlara uyğun tərtib olunmasını təmin etmək.
- Müvafiq sənədlərin düzgün formatda saxlanılması (PDF, Word, CAD, və s.) və adlandırılmasını təmin etmək.
- Layihə qrupuna və podratçılara aid olan sənədləri müvafiq qaydada yaymaq.
- Daxil olan və çıxan sənədlərin vaxtında və düzgün ünvana çatdırılmasını təmin etmək.
- Layihəyə aid sənədlərin saxlanıldığı yaradılacaq informasiya sistemini (DMS – Document Management System) idarə etmək.
- Sənədlərin versiya izləməsini aparmaq (version control).
- Elektron və fiziki arxivləri təşkil etmək, ehtiyat nüsxələr yaratmaq.
- Sənədlərin layihə və hüquqi tələblərə uyğunluğunu yoxlamaq.
- Səhv və ya uyğunsuz sənədləri müəyyən edib müvafiq düzəlişlərin edilməsini təmin etmək.
- Layihə üzrə sənədləşmə işlərinin planını tərtib etmək və icrasına nəzarət etmək.
- Təxirəsalınmaz işlərin prioritetləşdirilməsini təşkil etmək.
- Podratçılar, subpodratçılar, müştərilər və layihə komandası ilə sənədlər üzrə əlaqəni təmin etmək.
- Sənədlərin düzgün dövriyyəsi üçün digər departamentlərlə koordinasiya qurmaq.
- Layihəyə aid konfidensial sənədlərin təhlükəsizliyini təmin etmək.
- Sənədlərə giriş icazələrini tənzimləmək.
- Sənədləşmə işləri ilə bağlı dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Aylıq və ya rüblük olaraq sənədlərin statusu haqqında məlumat vermək.
- Yeni proqram təminatları və sistemlər üzrə biliklərini artırmaq.
Əsas Bacarıq və Tələblər:
- Ali təhsil, minimum 2 il iş təcrübəsi müvafiq sahə üzrə (inşaat sahəsində olanlara üstünlük veriləcəkdir) ,
- İngilis dili biliyi : sərbəst danışmaq və yazmaq.
- Təşkilatçılıq: Sənədləri qaydasında saxlamaq və sistematik işləmək.
- Texniki bilik: Document Management Software ilə işləmə bacarığı.
- Detallara diqqət: Səhv riskini minimuma endirmək.
- Vaxtın idarə edilməsi: Eyni zamanda bir neçə tapşırığı idarə etmək bacarığı.
- Kommunikasiya: Şirkət daxili və xarici tərəfdaşlarla effektiv ünsiyyət qurmaq.
Namizədlərdən CV-lərini “Document Controller” mövzusu ilə elektron poçt ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.