SAB şirkəti
Təftiş və Nəzarət üzrə Kiçik Mütəxəssis
Son tarix 26 iyn 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: ZƏHMƏT RUZİ MMC
- İş rejimi: Tam iş günü
- Departament: Daxili Nəzarət Departamenti
Vəzifənin məqsədi:
- Şirkət daxilində proseslərə nəzarətin və qaydalara uyğunluğun təmin edilməsinə dəstək olmaq, təftiş fəaliyyətlərinə iştirak etməklə risklərin erkən müəyyənləşdirilməsinə töhfə vermək.
Əsas vəzifə öhdəlikləri:
- Audit və nəzarət planı üzrə gündəlik tapşırıqların icrasında iştirak
- Müxtəlif şöbələrdə prosedur və əməliyyatların izlənilməsi, məlumatların toplanması
- Uyğunsuzluqların müəyyən olunmasına dəstək və ilkin təhlillərin aparılması
- Təftiş hesabatlarının hazırlanmasında və sənədləşmədə iştirak
- Qanunvericilik və daxili qaydalara uyğunluğun izlənməsi
- Arxivləşdirmə və sənəd dövriyyəsinə nəzarətdə dəstək göstərilməsi
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, hüquq, audit və ya əlaqəli sahələr üzrə)
- Yeni məzun və ya 1 ilədək iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək
- Analitik düşünmə və detallara diqqət
- Komandada işləmək və öyrənməyə açıq olmaq
- MS Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel və Word)
- Yüksək məsuliyyət və etik davranış prinsiplərinə sadiqlik
Üstünlük sayılacaq:
- Təftiş və ya audit sahəsində təcrübə və ya təcrübə proqramlarında iştirak
- İngilis dili bilikləri
- Məlumat analizi sahəsində ilkin biliklər
Təklif edirik:
- Əmək haqqı - 900 AZN net
- Təcrübədən asılı olaraq inkişaf və karyera yüksəlişi imkanı
- Peşəkar mühit və mentor dəstəyi
- Təlim və inkişaf proqramlarında iştirak imkanı
- Nahar verilir
Müraciət etmək üçün: CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Təftiş və nəzarət üzrə kiçik mütəxəssis” qeyd etməklə göndərin.
Təftiş və Nəzarət üzrə Analitik
Son tarix 26 iyn 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: ZƏHMƏT RUZİ MMC (SAB)
- İş rejimi: Tam iş günü
- Departament: Daxili Nəzarət Departamenti
Əsas vəzifə öhdəlikləri:
- Əməliyyat fəaliyyəti üzrə məlumatlarının toplanması, təhlili və hesabatların hazırlanması
- Müxtəlif əməliyyat və proseslər üzrə risklərin müəyyən edilməsi və qiymətləndirilməsi
- Məlumat bazaları və hesabat alətlərindən istifadə etməklə trendlərin, uyğunsuzluqların və potensial risklərin müəyyənləşdirilməsi
- Audit nəticələrinin vizuallaşdırılması və rəhbərliyə təqdim edilməsi üçün analitik hesabatların hazırlanması
- Uyğunsuz hallarla bağlı araşdırmalarda dəstək göstərilməsi
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, auditvə ya əlaqəli sahə)
- Məlumat təhlili, daxili nəzarət və ya audit sahəsində ən azı 1-3 il iş təcrübəsi
- Excel və digər məlumat təhlili alətləri ilə işləmək bacarığı (Power BI, SQL və s. arzuolunandır)
- Analitik düşünmə qabiliyyəti və detallara diqqət
- Güclü hesabat hazırlamaq və təqdim etmək bacarığı
- Komandada işləmək və kommunikasiya bacarığı
- Yüksək məsuliyyət və etik davranış prinsiplərinə sadiqlik
Üstünlük sayılacaq:
- CIA, ACCA və ya analitik sahədə peşəkar sertifikatlar
- Power BI, Tableau, SQL kimi platformalarda praktiki bilik
Təklif etdiyimiz:
- Əmək haqqı - 1000 AZN net
- Peşəkar inkişaf və təlim imkanları
- Motivasiyaedici mühit və komanda dəstəyi
- Karyera yüksəlişi imkanları
- Nahar verilir
Müraciət etmək üçün: CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Təftiş və Nəzarət üzrə Analitik” qeyd etməklə göndərin.
Təftiş və Nəzarət üzrə Menecer
Son tarix 26 iyn 2025 - [email protected]
İş yeri: ZƏHMƏT RUZİ MMC (SAB)
İş rejimi: Tam iş günü
Şöbə: Daxili Nəzarət Nəzarət departamenti
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin daxili nəzarət və təftiş prosedurlarının təşkili və həyata keçirilməsi
- Risklərin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Uyğunsuzluqların araşdırılması, səbəblərin təhlili və düzəldici tədbirlərin təklif edilməsi
- Qanunvericiliyə, daxili siyasət və prosedurlara uyğunluğun təmin olunması
- Audit planlarının hazırlanması və illik yoxlama fəaliyyətlərinin təşkili
Tələblər:
- Ali təhsil (maliyyə, audit, iqtisadiyyat və ya əlaqədar sahədə)
- Minimum 3 il təftiş, nəzarət və ya audit sahəsində iş təcrübəsi
- Qanunvericilik, daxili nəzarət və korporativ idarəetmə prinsipləri haqqında biliklər
- Güclü analitik düşüncə və detallara diqqət
- Müstəqil işləmək bacarığı və hesabatvermə bacarığı
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Yüksək məsuliyyət və etik davranış prinsiplərinə sadiqlik
Üstünlüklər:
- ACCA, CIA və ya digər peşəkar sertifikatlara malik olmaq
- Korporativ mühitdə iş təcrübəsi
- Komandada işləmək və rəhbərlik bacarığı
Təklif edirik:
- Əmək haqqı- 3000 AZN net
- Peşəkar inkişaf imkanları
- Rahat və stabil iş mühiti
- Nahar verilir
Müraciət etmək üçün: CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Təftiş və Nəzarət üzrə Menecer” qeyd etməklə göndərin.