Rocco Group
Satış meneceri
Son tarix 13 noy 2023 - [email protected]
İş barədə məlumat:
- Bakı şəhərində yerləşən Otel, restoran, ketrinq firmaları, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə birdəfəlik məhsulların tanıtımını və aktiv satışı həyata keçirmək
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərə çatmaq
- Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək
- Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi
- Məhsul və xidmətləri müştərilərə tanıtmaq
- Satışın stimullaşdırılması üçün təkliflər vermək
- Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq
- Müştəri bazasının artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək
- Əmək haqqı 700 azn + yanacaq xərci + amartizasiya xərci +faiz
- İş qrafiki: Həftə içi 6 gün, bazar günü istirahət
Namizədə tələblər:
- Şəxsi avtomobil mütləq olmalıdır
- Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır)
- Komandada və stres altında işləmək bacarığı
- Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı
- Ali təhsil
- Yaş həddi 21-40 arası
- Ünsiyyətcil və inandırma bacarığı
- Öz üzərində işləyən, inkişafa meyilli
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Satışın analizini aparmaq bacarığı
- Vaxtın səmərəli idarəolunması bacarığı
- Sürücülük vəsiqəsi.
Tələblərə uğun namizədlər mövzu yerində “Satış nümayəndəsi“ öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Əlaqədar şəxs: Fərid bəy 0552247401