Ramco CJSC
İnsan Resursları üzrə mütəxəssis
Son tarix 04 sen 2023 [email protected]
Namizədə olan tələblər:
- Ali Təhsil
- Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
- Yaxşı səviyyədə 1C və Excel bilikləri;
- AR Əmək Məcəlləsinin maddələrini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Elektron hökümət portalından/ Əmək və Məşğulluq altsistemindən sərbəst istifadə bacarığı;
- Sənədləşdirmə və yazışma işlərini yaxşı səviyyədə bacarmalı;
- Güclü ünsiyyət və danışıq qabiliyyəti; komandada işləmək bacarığı; idarəetmə və kommunikasiya bacarığı;
- Təşkilati, analitik və idarəetmə bacarıqları.
Vəzifə öhdəlikləri:
- Cəmiyyətdə işləyən işçilərin işdən çıxarılması, yeni işçilərin işə qəbul edilməsi, məzuniyyətlərin verilməsi, vəzifə və ya peşələrinin dəyişdirilməsi, vəzifələrin təyin olunması, mükafatlandırılması, ezamiyyət əmrlərinin verilməsi və işçilərin sığortalanması ilə bağlı sığorta işlərinin rəsmiləşdirilməsi;
- İntizam tənbehlərinin rəsmiləşdirilməsi;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qorunması;
- Cəmiyyətin işçilərinin şəxsi işlərinin aparılması və formalaşdırılması;
- Cəmiyyətin işçilərinə cari və keçmiş əmək fəaliyyətləri barədə arayışların verilməsi;
- Məzuniyyət qrafikini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsini əmrləşdirmək və uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İşçilərin davamiyyətinin izlənməsi və dəqiq uçotunun aparılması;
- Davamiyyət hesabatının gündəlik olaraq rəhbərliyə təqdim edilməsi;
- Əmək haqqı kartlarının sifariş verilməsi;
- İşçilərin tibbi arayışlarının vaxtında yenilənməsinə nəzarət etmək;
- Rəhbərliyin tələb etdiyi hesabatları hazırlamaq;
- İnsan Resursları üzrə menecer tərəfindən verilən tapşırıqları dəqiq və vaxtında icra etmək;
İş şərtlərimiz:
- Əmək haqqı: 800-900 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.