Ramco CJSC
Smeta mühəndisi
Son tarix 04 iyl 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (Mühəndislik ixtisası üzrə üstünlükdür);
- Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 3 illik iş təcrübəsi;
- Yüksək səviyyədə ünsiyyət bacarığı;
- İdarətmə bacarığı;
- MS Office, Autocad proqramlarında işləmək bacarığı;
- Azərbaycan dili biliyi yaxşı səviyyədə, Rus dili biliyi üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Tikinti quraşdırma və təmir işləri üzrə smetaları tərtib etmək;
- Qiymətlərin və ya həcmlərin dəyişməsi zamanı smetada müvafiq dəyişikliklər etmək;
- Layihə təşkilatları tərəfindən tərtib edilmiş smetaların düzgünlüyünü yoxlamaq və rəy hazırlamaq;
- Podrat və subpodratçıların cəlb edilməsi üçün sahədən təqdim edilmiş tələbnamə əsasında materiallar və ya işçiliyin spesifikasiyası, sayı və texniki xarakteristikasını təsdiqlənmiş smeta əsasında yoxlamaq və müvafiq departamentlərə yönəltmək;
- Smeta sənədlərinin qeydiyyatını aparmaq, smeta hesablamalarını sistemləşdirmək;
- Bütün növ təmir-tikinti işləri üzrə smeta dəyərinin müəyyən edilməsi məqsədi ilə araşdırma aparmaq, alınan məlumatları sistemləşdirmək;
- İstehsalatın effektivliyinin artırılması və tikinti quraşdırma işlərinin maya dəyərinin azaldılması ilə bağlı təkliflər vermək;
- Smetaların tərtibi üçün bazar qiymətlərini analız edərək xidmətlərin, materialların və s. vahid həcminin qiymətlərini müəyyən etmək;
- Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanmasında iştirak etmək;
- Görülmiş işlər üzrə aktların tərtib edilməsində iştirak etmək;
- Görülən işlərin smeta dəyəri ilə bağlı arayışlar hazırlamaq.
İş şərtlərimiz:
- Əmək haqqı: başlanğıc üçün 2200 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
- İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.